Modern.az

Səttar Möhbalıyev AHİK-in İcraiyyə Komitəsinin onlayn iclasını çağırdı

Səttar Möhbalıyev AHİK-in İcraiyyə Komitəsinin onlayn iclasını çağırdı

15 İyul 2020, 18:05

İyulun 15-də   AHİK-in İcraiyyə Komitəsinin növbəti  onlayn iclası keçirilib. İclasda AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev gündəliyə daxil edilmiş məsələlər barəsində İcraiyyə Komitəsinin üzvlərinə məlumat verib.

S.Möhbalıyevin təklifi ilə iclasın başlanğıcında Ermənistan silahlı qüvvələrinin Tovuz istiqamətində sərhədlərimizi pozması nəticəsində şəhid olmuş hərbçilərimizin xatirəsi bir dəqiqəlik  sükutla yad edilib.

İclasda Azərbaycan Respublikası Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında 19 mart 2020-ci ii tarixli 99 saylı qərarla bağlanmış 2020-2022-ci illər üçün Baş Kollektiv Sazişin nəzərə alınıb. Sahə Həmkarlar İttifaqı Respublika Komitələrinə tapşırılıb ki,  2020-2022-ci il illər üçün sahə (tarif) saziş və kollektiv müqavilə hazırlayarkən həmkarlar ittifaqlarının mövqeyini əks etdirən Tövsiyələrdən istifadə etsinlər. İclasda Baş Kollektiv Sazişin icrasına dair hazırlanmış tədbirlər planı təsdiq edilib.

İclasda “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi  (təşkilatı) devizi ilə keçirilən respublika müsabiqəsinin 2019-cu il üzrə yekunları haqqında məsələ müzakirə edilib. Bildirilib ki, müsabiqədə 2720-dən artıq müəssisə və təşkilat iştirak edib. 22 sahə həmkarlar ittifaqını təmsil edən 236 müəssisədən  50 qalib müəssisə və təşkilatın sənədləri mükafatlandırılma üçün AHİK-ə göndərilib.  Müsabiqə üzrə AHİK-in müvafiq komissiyasının 5 may 2020-ci il tarixli iclasında irəli sürülmüş təkliflər nəzərə alınmaqla AHİK-in İcraiyyə Komitəsi qərara alıb ki, respublika müsabiqəsinin 2019-cu il üzrə qalibləri AHİK-in diplom və hədiyyələri ilə təltif edilsinlər. Həmçinin sahə həmkarlar ittifaqı respublika komitələrinə, federasiyalarına və birliklərinə tövssiyə olunub ki,2019-cu ilin qalibləri ilə yanaşı, iştirak etmiş əmək müfəttişlərinin, kollektiv və təşkilatların həvəsləndirilməsi üçün tədbirlər görsünlər.

İcraiyyə Komitəsinin iclasında  Azərbaycan həmkarlar ittifaqlarının 2019-cu il üzrə gender statistikası haqqında,  Azərbaycan Həmkarlar İttifaqları idman təşkilatlarının 2019-cu ilin yekunları üzrə fəaliyyəti və statistik hesabatları haqqında və digər məsələlər müzakirə edilib.

 Daha sonra pandemiya şəraitində aztəminatlı ailələrə, yaşlı insanlara,  işsiz vətəndaşlara, eləcə də həmkarlar ittifaqı üzvlərinə maddi yardımlar göstərilməsinin davam etdirilməsi məsələsi müzakirə olunub və bu aksiyanın davam etdirilməsi məqsədilə İcraiyyə Komitəsinin bölgüsünə uyğun olaraq   vəsait ayrılması qərara alınıb.

AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev iclasın yekununda çıxış edərək müzakirə olunan məsələlərin hər biri haqqında öz fikirlərini  İcraiyyə Komitəsinin üzvlərinə çatdırıb və tövsiyələrini bildirib.

İclas iştirakçıları iyulun 15-nə keçən gecə təxribatçı qüvvələrin Milli Məclisin binasına girərək törətdikləri əməllər haqqında AHİK sədrinin  məlumatını dinləyiblər və çıxış edərək  bu əməlləri qətiyyətlə pisləyiblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü