Modern.az

Təxribatın qarşısı qətiyyətlə alındı

Təxribatın qarşısı qətiyyətlə alındı

15 İyul 2020, 21:41

Güclü Azərbaycan Ordusu düşmənin istənilən təxribatına, həmləsinə layiqli cavab vermək iqtidarındadır. 2016-cı ilin aprel döyüşləri, hazırda Azərbaycan – Ermənistan sərhədində  baş verən hadisələr bunu bir daha təsdiq edir; Azərbaycan  xalqının iradəsi, uzun illərin əziyyəti, şəhidlərin qanı bahasına qazanılan bu uğurları qorumaq, Azərbaycançılıq mövqeyini ortaya qoymaq indi şərəf və ləyaqət məsələsidir. Bu gün torpaqlarımızın bütövlüyü uğrunda apardığımız mübarizədə qüdrətli ordumuzun şücaət göstərərək düşmən mövqeyinə sarsıdıcı zərbələr endirdiyi vaxtda sonsuz qürur hissi ilə müşahidə edirik ki, hər bir insanımız, gəncimiz vətən, torpaq uğrunda döyüşməyə hazırdır. Dünən axşamdan etibarən on minlərlə insanın toplaşdığı nümayişlər onu göstərdi ki, Azərbaycan xalqı həqiqətən də mütəşəkkil olmağı bacarır.
Lakin çox təəssüflər olsun ki, əsas şüarı vətən, torpaq və cənab Prezidentdən müharibədə onların iştirak etməsi üçün icazə istəniliən dinc yürüş prosesində, sonradan gənclərin bir hissəsi təxribat nəticəsində yanlış istiqamətə yönləndirildi və arzuolunmaz hadisələr baş verdi. Milli Məclisin inzibati binasına zor gücünə daxil olaraq, orada dağıntılar törətmək istəyənlərin qanuna zidd cəhdləri yalnız Azərbaycan Polisinin son dərəcə təmkinli, dözümlü, eyni zamanda qətiyyətli davranışı sayəsində dəf edildi.


Bir daha xatırlatmağı özümə borc bilirəm: 90-cı illərin ab-havası ilə yaşayanlar bilməlidirlər ki, bu gün dövlət sərhədində mövcud olan mürəkkəb şəraitdə onların heç bir məkrli planı həyata keçməyəcək və ölkəmizdə mövcud olan siyasi stabillik birmənalı olaraq qorunacaq.


Milli Məclisin deputatı Nizami Səfərov

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?