Modern.az

“XİN-də dövlətçiliyə bağlı insanlar irəli çəkilməlidir” - Tanınmış diplomat

“XİN-də dövlətçiliyə bağlı insanlar irəli çəkilməlidir” - Tanınmış diplomat

Aktual

16 İyul 2020, 19:31

“Fürsətdən istifadə edərək yeni təyin olunmuş Xarici işlər naziri, cənab Ceyhun Bayramovu təbrik edirəm”.

Bunu Modern.az-a tanınmış diplomat, birinci dərəcəli müşavir Mətin Mirzə Xarici İşlər Nazirliyinin (XİN) rəhbərliyində gerçəkləşən dəyişikliklə bağlı deyib.

O bildirib ki, zaman-zaman nazirlikdə olan problemlərdən, xüsusən də kadr siyasəti problemindən çox yazılıb: 

“Mən də iki dəfə xarici ezamiyyətdən qayıdandan sonra bu kadr siyasətinin təsirini öz həyatımda yaşamışam. Lakin dövlətə, cənab Prezident  İlham Əliyevə olan böyük hörmətim, həmçinin şəxsi problemlərimi ictimailəşdirməmək prinsipim məni dözüb səbr etməyə məcbur edib.

Mən, yeni nazirin təyinatı ilə əlaqədar hörmətli Prezident İlham Əliyevin videoqəbulda etdiyi xüsusilə kadr siyasətinə dair məzmunlu, dərin çıxışını alqışlayıram.

Ümid edirəm ki, XİN-də vətənini sevən, peşəkar tələblərə cavab verən, uzun illərin təcrübəsinə malik diplomatlara bundan sonra yüksək etimad göstəriləcək. Uğur olsun!”.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır