Modern.az

Bu ölkədə 10 min soydaşımızın yaşadığı kənd var

Bu ölkədə 10 min soydaşımızın yaşadığı kənd var

Aktual

Bu gün, 10:56

Gürcüstanda əhalisinin sayına görə ən böyük kəndlərin siyahısı açıqlanıb.

Modern.az xəbər verir ki, yayımlanan statistikaya əsasən, Didi Diğomi 22 136 nəfər əhali ilə ölkənin ən böyük kəndi hesab olunur.

Siyahının 2 və 3-cü pillələrində yerləşən Sadaxlo (Sadaxlı) və Qızıl-Hacılı kəndləri azərbaycanlıların kompakt yaşadığı Marneuli bələdiyyəsinin tərkibindədir. 

Sadaxlıda 10 032 nəfər, Qızıl-Hacılıda isə 8 855 nəfər yaşayır.

İlk onluqda həmçinin Çurçxani (7 662 nəfər), Martkopi (6 859 nəfər), Sartiçala (6 621 nəfər), Karaleti (6 028 nəfər), Muxrani (5 924 nəfər), Ksani (5 199 nəfər) və Axalşeni (5 063 nəfər) yer alıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Moskvaya dəhşətli raket hücumu olacaq! - Əhaliyə xəbərdarlıq