Modern.az

Simonyan “vuruldu”, yoxsa prezident postuna aparılır? - İDDİA

Simonyan “vuruldu”, yoxsa prezident postuna aparılır? - İDDİA

Analitika

Bu gün, 10:33

Ermənistan parlamentinin sədri vəzifəsinə vitse-spiker Ruben Rubinyanın namizədliyinin irəli sürülməsi təsadüfi olmayıb. Bu qərar hakim “Vətəndaş müqaviləsi” Partiyasında hazırkı spiker Alen Simonyandan narazılıqla əlaqədardır.

Modern.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” qəzeti yazıb.

Nəşrin məlumatına görə, spiker postuna namizədlərin irəli sürülməsi zamanı Alen Simonyan 20 səsdən cəmi 5-ni toplayıb.

Qəzet iddia edir ki, Simonyan yaxın çevrəsi ilə söhbətində aldadıldığını etiraf edib. Onun sözlərinə görə, namizədliyi irəli sürülməzdən əvvəl baş nazir Nikol Paşinyanla görüşərək razılıq alıb və bunu siyasi təminat kimi qəbul edib. Lakin sonrakı proseslər onun gözlədiyi kimi inkişaf etməyib.

“Joğovurd”un hakim partiyadakı mənbələrə istinadən verdiyi məlumata görə, bəzi partiya üzvləri Alen Simonyanı klan təfəkküründə olmaqda, partiya yoldaşlarını “öz adamları” və “yadlar”a bölməkdə ittiham edirlər. Bildirilir ki, uzun müddətdir onun əleyhinə daxildə fəaliyyət aparılıb və bu prosesi deputat Hayk Sarkisyan koordinasiya edib.

Eyni zamanda, Simonyanın tərəfdarları onun üçün Ermənistan prezidenti və ya İrəvan meri postunun hazırlandığı barədə versiyalar yaymağa çalışırlar. Lakin qəzet yazır ki, hazırda bu ehtimalları təsdiqləyən siyasi əsaslar yoxdur.

Daha əvvəl bəzi KİV-lər Ermənistan prezidenti Vaagn Xaçaturyanın səhhəti ilə bağlı siyasi dairələrdə müzakirələr aparıldığını və onun 2029-cu ildə başa çatacaq səlahiyyət müddətindən əvvəl vəzifədən gedə biləcəyinin istisna olunmadığını yazmışdılar.

Bu fonda prezident postuna mümkün namizədlərin adları da hallanır. Onların sırasında hökumət aparatının rəhbəri Arayik Arutyunyan, parlamentin spikeri Alen Simonyan və xarici işlər naziri Ararat Mirzoyan göstərilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Moskvaya dəhşətli raket hücumu olacaq! - Əhaliyə xəbərdarlıq