Modern.az

Ermənistan parlamentinin sabiq sədri varisini təbrik etdi

Ermənistan parlamentinin sabiq sədri varisini təbrik etdi

Aktual

Bu gün, 10:36

Ermənistan parlamentinin keçmiş sədri Alen Simonyan onu bu vəzifədə əvəz edəcək Ruben Rubinyanı təbrik edib.

Modern.az xəbər verir ki, Simonyan bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.

O, hakim "Vətəndaş Müqaviləsi" Partiyasının İdarə Heyəti tərəfindən Ruben Rubinyanın Ermənistan parlamentinin IX çağırış sədri vəzifəsinə namizəd seçilməsi münasibətilə təbriklərini çatdırıb.

"Əminəm ki, o, birlikdə başladığımız işi Ermənistan Respublikasının naminə şərəflə davam etdirəcək", – deyə Simonyan paylaşımında bildirib.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Moskvaya dəhşətli raket hücumu olacaq! - Əhaliyə xəbərdarlıq