Modern.az

Azərbaycanlı və erməni tələbələr arasında mübahisə

Azərbaycanlı və erməni tələbələr arasında mübahisə

Hadisə

19 İyul 2020, 11:51

Gürcüstanın Axaltsixe şəhərində Samtsxe Cavaxeti Dövlət Universitetinin azərbaycanlı və erməni tələbələri arasında şifahi mübahisə yaşanıb.

 

Modern.az xəbər verir ki, hadisə ötən gün ali məktəbin həyətində baş verib.

 

İnsidentə son günlər Azərbaycan-Ermənistan sərhədindəki gərginlik səbəb olub.

 

Polisin müdaxiləsi nəticəsində gənclər arasında mübahisə fiziki qarşıdurmaya keçməyib.

 

Universitetin rektoru Maka Beridze yerli mətbuata faktı təsdiqləyib. Onun sözlərinə görə, tələbələr arasında qarşıdurma ciddi olmayıb.

 

Gürcüstanın Daxili İşlər Nazirliyi hadisəni insident kimi qeydə almayıb.

 

Mübahisədə iştirak edən azərbaycanlı gənclər Axıska türkləri olan Azərbaycan vətəndaşlarıdır.

 

Ali məktəbin tələbəsi olan 18 Azərbaycan vətəndaşı artıq Tiflisə təxliyə olunub və hostelə yerləşdirlib. (Roport)

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!