“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) operatoru, 74 yaşlı Abasağa İmanov koronavirusdan dünyasını dəyişib.
Modern.az-ın xəbərinə görə, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin operatoru 74 yaşlı İmanov Abasağa koronavirusdan dünyasını dəyişib. Qurumdan bildirilib ki, veteran operator 60 yaşı ötmüş bütün digər əməkdaşlar kimi artıq 1 aya yaxındır TV-yə gəlməsə də, qəflətən evdə özünü pis hiss edib:
"6 gün idi ki, xəstəxanada müalicə alan həmkarımız bu gün dünyasını dəyişib".