Modern.az

Qəbələ sakinini qohum evində tok vurub öldürdü

Qəbələ sakinini qohum evində tok vurub öldürdü

21 İyul 2020, 09:56

İyulun 20-də saat 20 radələrində Qəbələ rayonu, Yenikənd kənd sakini Cəlil Qismətovun elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Qəbələ rayon prokurorluğundan Modern.az-a bildirilib ki, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

İlkin araşdırmalarla 1985-ci il təvəllüdlü Cəlil Qismətovun qohumunun evində elektrik xəttini cərəyana qoşmaq istəyərkən elektrik cərəyanın təsirinə məruz qalaraq ölməsi müəyyən edilib.

Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?