Arxiv
21 İyul 2020, 15:53 | PARLAMENT
Vahid Əhmədov xaricdəki azərbaycanlı iş adamlarına MÜRACİƏT ETDİ

Ermənistanın hərbi təxribatı nəticəsində baş verən 4 günlük müharibənin məqsədi enerji çəkişməsilə bağlıdır.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib.


V.Əhmədov qeyd edib ki, neft-qaz kəmərləri məhz Tovuz rayonunun ərazisindən keçdiyindən düşmən o istiqamətdə aktivləşib:

 

“Ermənilər faktiki olaraq enerji layihələrini pozmaq üçün belə təxribatçı addım atdılar. Bunu isə özbaşına etmədilər. Ermənistanı bu addımı atmağa vadar edən dövlət var. Rusiya çox maraqlı idi ki, Azərbaycan enerji layihələrini onların vasitəsilə xaricə çıxartsın. Amma cənab Prezident İlham Əliyev siyasi iradə ortaya qoyaraq, Azərbaycanın qaz kəmərlərinin Gürcüstan və Türkiyə vasitəsilə Qərbə çıxışını təmin etdi. Həmin vaxt ölkədə çox ciddi problemlər də yaşanmışdı.

Nəhayət, 2012-ci ildə bu müqavilələr imzalandı və TANAP, TAP layihələri reallaşdırıldı. Digər tərəfdən, pandemiya ilə əlaqədar dünya bazarında Rusiya qazına ehtiyac kəskin azalıb. O cümlədən, Türkiyə Rusiyadan qaz almaq istəmir, çünki Azərbaycan qazı onlara daha çox sərfəlidir. Hətta bu məsələ ilə əlaqədar Rusiya-Türkiyə münasibətlərində müəyyən gərginləşmələr gözlənilir. Son proseslərdə Türkiyə dövlət başçısı, hərbi nazir, xarici işlər nazirinin atdığı addımlar təqdirəlayiqdir. Birmənalı olaraq, onlar Azərbaycanın yanında olduqlarını bildirdilər”.

 

Deputat 4 günlük müharibədə Şəhid düşən hərbçilərimizin ailə üzvlərinə başsağlığı verib, onlara səbr diləyib:

“Tovuzdakı Qarqaya yüksəkliyi böyük startej əhəmiyyətə malikdir. Təsadüfi deyil ki, həmin yüksəliyin düşmənə verilməməsi üçün hərbçilərimiz şəhid oldu. Onların hər birinin ailəsinə səbr diləyirəm”.

 

Vahid Əhmədov həmçinin Rusiyada fəaliyyət göstərən iş adamlarına müraciət edib:

“Bu gün Qod Nisanov, İlham Rəhimovla danışdım. Onların Rusiya bazarında erməniləri sıxışdırması təqdirəlayiqdir, hazırkı vəziyyətdə ermənilərin malları əllərində qalıb, onu sata bimirlər. Rusiyada çalışan bütün biznesmenlərimizə müraciət edərək, xahiş edirəm ki, İlham Rəhimov, Qod Nisanovun atdığı addımlara dəstək olsunlar. Hər yerdə ermənin ixrac etdiyi məhsulları blokadaya salıb, onlara ziyan vurmaq lazımdır. Bölgədə vəziyyət gərgindir. Ermənistan isə bu gərginliyi yaradan dövlətin oyuncağıdır, onun istədiyi kimi hərəkət edir. Amma məsələ bu cür davam edə bilməz”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
BŞBPİ-də kadr təyinatı olub 14 Avqust 2020, 20:15 Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının ilk iclası keçirilib 14 Avqust 2020, 20:01 Bu ölkədə dar küçədə siqaret çəkmək qadağan edildi 14 Avqust 2020, 19:21 BMT Təhlükəsizlik Şurasının iclası çağırılsın - Putin 14 Avqust 2020, 19:08 Ümumi daxili məhsulun həcmi açıqlanıb 14 Avqust 2020, 18:55 ARB və Xəzər TV-nin yayımı 3 saatlıq dayandırılacaq 14 Avqust 2020, 18:48 Bakı, Sumqayıt və İmişlidə silahlı şəxslərə qarşı ƏMƏLİYYAT 14 Avqust 2020, 18:32 Ceyhun Bayramov Yaponiyanın yeni səfirini qəbul etdi 14 Avqust 2020, 18:28 Azay Quliyev seçicilərlə videogörüş keçirib     14 Avqust 2020, 18:24 Azərbaycanda təhsil sistemi keyfiyyətcə yeni inkişaf müstəvisinə qədəm qoyub - Deputat 14 Avqust 2020, 18:20 Dollar yeni həftəyə belə başlayacaq 14 Avqust 2020, 18:17 Azərbaycanın dövlət büdcəsində kəsir yarandı 14 Avqust 2020, 18:10 Müdafiə Nazirliyindən ermənilərin “Gəncəni vurarıq” təhdidinə REAKSİYA 14 Avqust 2020, 18:05 Səfir: “Türkiyə ilə Azərbaycanın düşmənləri kimdirsə, baxıb qısqansınlar” – MÜSAHİBƏ 14 Avqust 2020, 17:59 Naqif Həmzəyev: Türkiyənin Minsk Qrupu həmsədrləri sırasına daxil edilməsi ən optimal variantdır 14 Avqust 2020, 17:54 Vahid Əhmədov seçicilərini onlayn qəbul edib 14 Avqust 2020, 17:48 Ceyhun Bayramov Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı səfiri ilə görüşdü 14 Avqust 2020, 17:42 Bərdədə qətl törədən şəxsin cinayət işi məhkəməyə göndərildi 14 Avqust 2020, 17:36 Daha 400 Taliban döyüşçüsü azadlığa buraxıldı 14 Avqust 2020, 17:30 Nazirlik “Qanun” nəşriyyatından video YAYDI 14 Avqust 2020, 17:24 Azərbaycanda daha 103 nəfər koronavirusa yoluxdu - 3 nəfər öldü 14 Avqust 2020, 17:18 ABŞ Venesuelaya gedən İran tankerlərindən yanacağı müsadirə etdi  14 Avqust 2020, 17:12 Türkiyədə axtarışa verilən 2 terrorçu məhv edildi 14 Avqust 2020, 17:11 Kanadada vətəndaşlar baş naziri və hökuməti hədələyirlər 14 Avqust 2020, 17:10 Polisdən vətəndaşlara Məhərrəm ayı və Aşura günü XƏBƏRDARLIĞI 14 Avqust 2020, 17:04 Belarus müxalifəti hakimiyyəti təhvil almaq üçün Koordinasiya Şurası YARATDI 14 Avqust 2020, 16:58 Əli Əsədov yeni vəzifəsində ilk tapşırığını verdi 14 Avqust 2020, 16:52 Oqtay Şirəliyev xaricdən gələn həkimlərlə görüşdü 14 Avqust 2020, 16:46 DİN-dən Şahbaz Xuduoğlunun iddialarına CAVAB 14 Avqust 2020, 16:40 15 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarıldı - FOTOLAR 14 Avqust 2020, 16:34 Tələbələrin köçürülməsi qaydası açıqlandı 14 Avqust 2020, 16:28 Sayğaclara müdaxilə etmək mümkündür? - "Azərişıq"dan açıqlama 14 Avqust 2020, 16:22 “İtaliya mətbuatında ermənilərin növbəti yalanları ifşa olunub”  14 Avqust 2020, 16:16 Nişan mərasimi keçirənlərin işi məhkəməyə göndərildi 14 Avqust 2020, 16:10 13 erməni öldü, 300-dən çoxu yaralandı - RƏSMİ 14 Avqust 2020, 16:04