Arxiv
23 İyul 2020, 09:55 | PARLAMENT
Bütün ölkələrin intellektualları, BİRLƏŞİN! - Deputatdan maraqlı MÖVQE

Dünya dəyişir, ancaq yaxşılığa doğru dəyişmir.
Platon

 

Antik dünyagörüşün əsasını mifologiya, Orta əsrlərin dünyagörüşünü din, modern dövrünün düyagörüşünü əvvəlcə fəlsəfə, sonra elm təşkil edirdisə, sonuncu mərhələ olan Postmodernizm dayanıqlı nüvədən məhrumdur. Bu yazıda məni ən çox son çağın sosial tərəfi maraqlandırır. Sosial sahədə postmodernizm təlabat cəmiyyəti, kütləvi informasiya vasitələri və informasiya paradiqması ilə eyniyyət təşkil edir. Cəsarətlə demək olar ki, bu mərhələdə intellektualların  cəmiyyətdəki yeri daha radikal şəkildə dəyişdi. Modern dövründə intellektuallar  mədəniyyətdə, sənətdə, ideologiyada və siyasətdə  aparıcı yer tuturdular. Bizim günlərdə isə yazıçı, aktyor  və rəssamın yerini jurnalist, ekspert və bloggerlər tuturlar.

 

Mədəniyyət sahəsində kütləvi mədəniyyət - moda və reklam önə çıxdı. Teatrlaşma həyat tərzinə çevrildi. Bütün əhəmiyyətli hadisələr spektakl və şou formasını aldı. İntellektuallar kölgədə qalmağa başladılar. Təsadüfi deyildir ki, postmodernizmin görkəmli nümayəndələrindən biri sayılan Liotar  Jan Pol Sartrı axırıncı “böyük intellektual” adlandırırdı. Liotar haqlıdır. Sartr böyük yazıçı, dramaturq və filosof olmaqla yanaşı həm də ölkəsində baş verən hadisələrin mərkəzində dayanırdı. Ölkəsində nə baş verirdisə nəzərlər ona yönəlirdi. İndi belə nüfuzlu intellektuallar yox səviyyəsindədir. Və Sartr Nobel mükafatından imtina etmişdir. İmtina məktubunun şəxsi səbəbi maraqlıdır: “Yazıçını digərlərindən fərqləndirən titullar onun oxucularına müəyyən basqı göstərir. Mən isə bunu arzuolunmaz sayıram. Hər halda «Jan Pol Sartr» və ya «Nobel mükafatı laureatı Jan Pol Sartr» imzaları arasında ciddi fərq var.  Belə fərqlənmə ilə razılaşan yazar həm də ona dəyər verən assosiasiya və ya qurum ilə özü arasında bir bağlılıq yaradır. Məsələn, Venesuela partizanlarına bəslədiyim rəğbət sırf mənə xas olan hiss olduğu halda, «Nobel mükafatı laureatı Jan Pol Sartr»ın Venesuela vətənpərvərlərini dəstəkləməsi bu mənada Nobel mükafatları verən qurumun da bu xətti yeritməsi kimi anlaşıla bilər.”

 

Bəşəriyyət belə addımları diqqət mərkəzində saxlayır, nümunə kimi dəyərləndirir və belə iradənin ətrafında diskussiyalar açılırdı.  İntellektualların birliyi mövcud idi. Posmodern cəmiyyəti üçün tipik və geniş yayılmış iki fiqur, yappilər və zombilər mövcuddurlar.  Yappi - “gənc professional şəhərli” mənasını verir. Bu “intellektual kompleks”dən məhrum olmuş tipdir. Onu şəhərdən kənarlaşdırmaq mümkün deyil. Əyləndiyi yer şəhərdir. Şəhər onun yeganə məmnunluq məkanıdır.

İkinci tip daha geniş yayılıb: Bu zombi tipidir. Bu proqramlaşdırılmış vücuddur. Şəxsi keyfiyyətlərdən məhrumdur. Sərbəst düşüncə tərzinə malik deyil. Bu sözün geniş mənasında kütlə insanıdır, onu çox vaxt maqnitafonla eyniləşdirirlər. 

Onlar əllərindəki İKT alətlərini cəmiyyətə qarşı çevirirlər. Müasüir cəmiyyətin tədqiqatçılarından bir sayılan görkəmli sosioloq Manuel Kastels maraqlı analogiya gətirir. “İnternet Kolumbiya kimi ölkələrdə narkotiklərin dövriyyəsi və adam oğurluğunun daha geniş vüsət almasına səbəb oldusa, Skandinaviya ölkələrində “Rifah dövlətin”  təşəkkül tapmasına səbəb oldu.”

 

 Bütün bunlara rəğmən düşünənən maşınlar yaradılır.  Bəs onların mövcudluğuna nə ad qoyacağıq? Bununla bizim mövcudluq dəyişirmi? Ona görə də, sünii intellektin fəlsəfəsi ortaya çıxır və var. Bəli, elə maşınlar yaradılıb ki, çox vaxt bizi özlərinin ağıllı olduqlarına inandırırlar. İnsan ruhu təbii ki, hər hansı kompyüter proqramından daha azaddır. Lakin bəziləri düşünürlər ki, biz də elə kompyüter proqramları qədər azadıq.

Yaxud bunu düşünün: dünənə kimi idrak fəlsəfəsi insanı öyrənirdisə, indi insanın yanında idrakı olan maşınlar, insana bənzəyən robotlar – androidlər var.

Və bu maşınlar zombilərdən və trollardan cəmiyyət üçün daha əhəmiyyətlidir. Onlar çalışır, insanlara köməklik göstərir və gəlir gətirirlər.

 

Milli Məclisin deputatı Etibar Əliyev

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Rusiya XİN: Bakı KTMT-yə qoşulmaq üçün müraciət etməyib 5 Avqust 2021, 17:46 Jurnalistlər üçün keçirilən təlim başa çatdı   5 Avqust 2021, 17:36 Türkiyəyə hava müjdəsi: Yağış yağacaq 5 Avqust 2021, 17:32 Rusiya sərhəddəki hadisələrə görə narahatdır 5 Avqust 2021, 17:29 İranın yeni prezidenti and içdi 5 Avqust 2021, 17:29 Dolların sabaha olan məzənnəsi   5 Avqust 2021, 17:26 Rusiyalı turistləri axtaran helikopter qəzaya uğradı - Ölən var 5 Avqust 2021, 17:23 “Kubinka”da əməliyyat: Heroin satan Bibiqulu SAXLANILDI 5 Avqust 2021, 17:18 Paşinyanın istefasını tələb edən generalın yerinə TƏYİNAT 5 Avqust 2021, 17:12 Çin virusa görə dərsləri təxirə salır 5 Avqust 2021, 17:04 Bu ölkə Azərbaycanla hava sərhədlərini BAĞLAYIR 5 Avqust 2021, 16:54 ABŞ-da yoluxma sayı ən yüksək həddə çatdı 5 Avqust 2021, 16:50 “Bayraktar” 103 yanğın yerini aşkarladı 5 Avqust 2021, 16:41 İsrailin Müdafiə naziri: İranı vurmağa hazırıq 5 Avqust 2021, 16:36 “Uber” son 3 ayı 500 milyon dollar zərərlə BAŞA VURUB 5 Avqust 2021, 16:33 “Azəriqaz”ın növbəti “Açıq mikrofon” aksiyası keçiriləcək 5 Avqust 2021, 16:32 Eldəniz Səlimova deputat maaşı veriləcək 5 Avqust 2021, 16:22 Rusiyaya gedənlərin NƏZƏRİNƏ: Barmaq izi tələb olunacaq 5 Avqust 2021, 16:19 “Həmin fotolar qızımın toyunda çəkilməyib” – Novruz Aslan 5 Avqust 2021, 16:15 Türkiyədə 10 ildə 26 mindən çox meşə yanğını olub 5 Avqust 2021, 16:00 Azərbaycana qarşı döyüşən terrorçular yaralandılar  5 Avqust 2021, 15:55 Vüqar Səfərlinin işi məhkəmə baxışına verildi - YENİLƏNİB 5 Avqust 2021, 15:47 Prezident yol tikintisinə pul ayırdı   5 Avqust 2021, 15:40 Deputatın qızının toyunda karantin qaydaları pozulub? - RƏSMİ 5 Avqust 2021, 15:36 Kəmərköy İES-nə yaxın ərazidə yanğınlar söndürülüb 5 Avqust 2021, 15:28 Azərbaycan ABŞ-la birgə hərbi təlimlərə QOŞULDU 5 Avqust 2021, 15:26 Bakıda yol qəzası sıxlıq yaratdı    5 Avqust 2021, 15:23 “Hindistan regionda qorxutmaq xətti yürüdür” – Səfir 5 Avqust 2021, 15:14 Yardımlıdakı meşə yanğını söndürüldü 5 Avqust 2021, 15:00 Sərdar Cəlaloğlu: “Mən çıxış edəndə yazırlar ki, boş-boş danışma” - MÜSAHİBƏ 5 Avqust 2021, 14:56 Ermənistan parlamenti vitse-spiker seçə bilmir 5 Avqust 2021, 14:53 Müəllimlərin işə qəbulunda test imtahanı mərhələsi başa çatdı   5 Avqust 2021, 14:41 Bakıda tikinti sahəsində ağaclar məhv edilib   5 Avqust 2021, 14:38 İranın yeni prezidentindən Kəlbəcərlə sərhəddə baş verənlərə REAKSİYA 5 Avqust 2021, 14:27 Ağsudakı yanğının söndürülməsinə helikopter cəlb olundu 5 Avqust 2021, 14:26