Arxiv
23 İyul 2020, 22:12 | QARABAĞ
Ombudsman beynəlxalq təşkilatlara bəyanat göndərdi

“Son günlər xaricdə yaşayan azərbaycanlılar sərbəst toplaşmaq və ifadə azadlığı hüquqlarından istifadə edərək Ermənistan silahlı qüvvələrinin Azərbaycanla dövlət sərhədinin Tovuz rayonu istiqamətində əsasən mülki şəxsləri hədəfə almaqla törətdiyi hərbi təxribat xarakterli hücumlara etiraz etmək üçün müxtəlif ölkələrdə dinc aksiyalar təşkil etmişlər”.

 

Modern.az bildirir ki, bu sözlər  Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın xarici ölkələrdə yaşayan dinc azərbaycanlı aksiyaçılara qarşı erməni təxribatçıları tərəfindən törədilmiş hücumlara dair Bəyanatında yer alıb.

 

“ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində yaşayan və dinc şəkildə etiraz etmək məqsədilə toplaşan az sayda azərbaycanlıya onlardan sayca dəfələrlə çox olan ermənilər tərəfindən hücum edilmişdir. Zorakılığa məruz qalaraq xəsarət almış soydaşlarımız xəstəxanaya yerləşdirilmiş, onların bir sıra hüquqları kobudcasına pozulmuşdur.

 

Az sayda azərbaycanlının yüzlərlə erməni tərəfindən psixoloji və fiziki zorakılığa məruz qaldığı bu insident Azərbaycan Respublikasının Los-Ancelesdəki Baş Konsulluğu qarşısında yaşanmışdır.

 

Bununla yanaşı, Belçikanın paytaxtı Brüssel şəhərində də analoji hadisələr baş vermiş,  soydaşlarımıza ciddi xəsarətlər yetirilmişdir.

 

Ermənilər aqressiv hücumlar zamanı həm bir ölkə kimi Azərbaycanın, həm də xalq olaraq azərbaycanlıların ünvanına təhqiramiz ifadələr səsləndirmiş, nifrət zəminində çağırışlar etmişlər. Bu hadisə bir daha onu sübut edir ki, insan hüquqlarının davamlı pozuntularının kökündə hər zaman işğalçılıq siyasəti durur.

 

İnsan hüquqları sahəsində beynəlxalq sazişlərə əsasən, hər bir insan sərbəst toplaşmaq azadlığına və öz fikrini sərbəst ifadə etmək hüququna malikdir. Bu hüquq və azadlıqlar demokratiyanın təməlində durur və onun əsas tələblərindəndir. Beynəlxalq sazişlərə əsasən, dövlətlərin bu hüquqları təmin etmək və dinc aksiyaçıları müdafiə etmək öhdəliyi var. 

 

Son bir həftə ərzində ABŞ və Belçika ilə yanaşı, Fransa, Böyük Britaniya, İsveç, Polşa, Niderland və Avstraliyada yaşayan azərbaycanlı dinc aksiyaçılara qarşı ermənilər tərəfindən törədilmiş təxribatçı hücumlardan narahat olduğumuzu bəyan edirik.

 

Mən bütün həmkarlarımı, Milli İnsan Hüquqları İnstitutlarını və insan hüquqları üzrə ixtisaslaşmış beynəlxalq təşkilatları dinc aksiyaçılara qarşı törədilmiş erməni hücumlarını qınamağa, bu cür etnik zəmində nifrəti təbliğ edən təxribatların qarşısını almağa, bir daha baş verməməsi üçün sərt tədbirlər görməyə, ən əsası, hüquq pozuntusuna yol vermiş şəxslərin müvafiq qaydada məsuliyyətə cəlb olunmalarına çağırıram”, - Bəyanatda deyilir.

 

Bəyanat BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasına, YUNİSEF-in, YUNESKO-nun, Avropa İttifaqının, Avropa Şurasının, ATƏT-in rəhbərlərinə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatına və bu quruma üzv dövlətlərin Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasına, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına və milli insan hüquqları institutlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına göndərilib.

 

 
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İspaniya millisi Polşa səddini keçə bilmədi 20 İyun 2021, 00:58 Şəmkir sakini özünü asdı 20 İyun 2021, 00:51 Gürcüstanda zəlzələ oldu 20 İyun 2021, 00:34 "Qalatasaray"a yeni prezident seçildi 20 İyun 2021, 00:30 Dağıstandan Bakıya aviareyslər açılır 20 İyun 2021, 00:14 Bu gün Bakıda avtobuslar İŞLƏYƏCƏK 20 İyun 2021, 00:01 Britaniyada yoluxma sürətləndi 19 İyun 2021, 23:50 Xəzərdə batmaqda olan 3 nəfər xilas edildi 19 İyun 2021, 23:36 İstanbulda fabrikdə güclü yanğın - VİDEO 19 İyun 2021, 23:25 Qazaxda yol qəzası 19 İyun 2021, 23:11 Cəlilabadda meşədə yanğın - FOTO 19 İyun 2021, 22:59 Samuxda gənc müəllim intihar etdi 19 İyun 2021, 22:45 "4 ildir gözlədiyimiz turnirlə erkən vidalaşmaq istəmirik" - Şenol Günəş 19 İyun 2021, 22:37 4 uşaq anası “Mən özümü Kürə atacam” yazıb intihar etdi 19 İyun 2021, 22:22 Oğuzda yol qəzası - xəsarət alan var 19 İyun 2021, 22:08 Ronaldolu Portuqaliya Almaniyaya uduzdu 19 İyun 2021, 21:53 Türkiyədə virusdan gündəlik ölənlərin sayı azaldı 19 İyun 2021, 21:47 Naftalanda sanatoriyada istirahət edən kişi qəflətən öldü 19 İyun 2021, 21:33 "Barselona" yeni hücumçu aldı 19 İyun 2021, 21:24 Finalda erməniyə qalib gələn güləşçimiz Avropa çempionu oldu - FOTO 19 İyun 2021, 21:11 Ermənistanda seçicilərə rüşvət verən deputatlığa namizəd saxlanıldı 19 İyun 2021, 20:58 Kürdə gənc qadın batdı 19 İyun 2021, 20:43 Putin Şoyqu və Lavrovu deputat görmək istəyir 19 İyun 2021, 20:28 Macarıstan millisi dünya çempionu ilə heç-heçə etdi 19 İyun 2021, 20:15 Rəsmi Bakıdan Ermənistana CAVAB 19 İyun 2021, 20:07 İstanbulda zəlzələ olub 19 İyun 2021, 18:39 Prezident TƏSDİQLƏDİ – Sosial sığorta şəhadətnaməsi ləv olunur 19 İyun 2021, 18:17 İlham Əliyev İranın yeni seçilmiş prezidentini təbrik edib 19 İyun 2021, 17:57 Ermənistanın Azərbaycana qarşı mina şantajı – Partiya sədrindən REAKSİYA 19 İyun 2021, 17:44 Şuşa Bəyannaməsi ölkəmizdəki siyasi birliyi daha da möhkəmləndirəcək 19 İyun 2021, 17:31 Bir gündə 40 min çox peyvənd VURULDU 19 İyun 2021, 17:23 Yoluxma sayı bu gün də azaldı: ölən yoxdur 19 İyun 2021, 17:19 İranda seçkilərin rəsmi nəticələri elan olundu – Rəisi prezidentdir 19 İyun 2021, 17:15 Ermənilərin seçimi kim olacaq: Paşinyan yoxsa Koçaryan? - ŞƏRH 19 İyun 2021, 17:07 Putin ən çox etibar etdiyi 5 partiyadaşının adını SADALADI 19 İyun 2021, 16:39
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?