Arxiv
31 İyul 2020, 12:22 | PARLAMENT
Sosial şəbəkələrdə xaos: şantaj, təhqir, dezinformasiya - Deputat təklif irəli sürdü

İqtisadiyyat üzrə Nobel mükafatı laureatı Fridrix fon Hayek “Azadlığın konstitusiyası” kitabında yazıb: “Biz texnoloji imkanların inkişafının şüurumuzun üzərində nəzarəti epoxasının astanasında dayanmışıq”.  

Yaşadığımız informasiya cəmiyyətində bizim bütün həyatımız İnternetin ətrafında cərəyan edir.  Jurnalistlər İnternetin təkamülü prosesinin bir mərhələsində anladılar ki, onların yerini blogerlər tutublar. Jurnalist olmaq üçün ali məktəb bitirmək, analitik yazılar, oçerklər yazmaq, təhlillər aparmaq lazımdır. Bloger üçün bunların heç biri vacib deyil. O, özü-özünü elan edir. Başqa sözlə, özü-özünün ağasıdır. O, senzurasızlıqdan və nəzarətsizlikdən istifadə edib, istənilən məsələyə, bir çox hallarda şüursuz şəkildə,  subyektiv, qərəzli münasibətini püskürür. İnternet yarananda onun mərkəzi ierarxiyası yox idi. İnternetə bağlı olan bütün kompüterlər eyni hüquqa malik idilər.

Barak Obama 2012-ci ildə maraqlı bir açıqlama ilə çıxış etdi: “İnternet öz-özünə yaranmayıb. İnterneti alimlər dövlətin sifarişi əsasında yaradıblar”.

İndi isə dövlətin nəzarətindən çıxıb! Dünyada İnternetə nəzarət edən ölkələrin sayı durmadan artır. Dövlətin və xalqın mənafeyinə toxunan məsələlər ortaya çıxandan sonra ona senzuranın tətbiqi üzərində düşünməyə başladılar. 2016-cü ilin məlumatına görə, artıq 50-dən çox ölkə bu addımı atıb. Bir sıra ölkələrin səyləri nəticəsində  Birləşmiş Millətlər Təşkilatının nəzdindəki 193 ölkənin üzv olduğu “Beynəlxalq elektrik rabitə ittifaqı”  İnternet üzərində nəzarəti həyata keçirməyə nail ola bilib.  Bura domenlərin qeydiyyatından tutmuş, İnternetdə anonimliyin aradan qaldırılmasına qədər tədbirlər daxildir.

İllər ötdükcə, sosial şəbəkələrin yeni məziyyətləri ortaya çıxır və müşahidələr göstərir ki, ölkənin əleyhinə olan qüvvələrin şəbəkələri genişlənir. Təhqir, söyüş, təhdidlər sanki sosial şəbəkələrdə böyük bir kəsimin gündəlik həyat tərzinə çevrilib. Görürük ki, bunların çoxu müəyyən qüvvələrin təsiri altına düşərək, məqsədli şəkildə hansısa maraqlar çərçivəsində xalqımızın əleyhinə işlər aparırlar. Son günlərin hadisələri dediklərimi sübuta yetirdi. Süni bəyənmələr və bəyənənin şəxsiyyətinin qeyri-müəyyənliyi ictimaiyyəti çaşdırmağa xidmət edir, onları isə “ruhlandırır”.

Almaniya, Fransa, ABŞ, Rusiya və bu günlərdə qardaş Türkiyənin sosial media platformalarında qanunsuz məlumatların yayılması, paylaşmaların edilməsi ilə bağlı qəbul etdikləri qanunlara nəzər saldıqda görürük ki, Azərbaycanda da bu sahədə boşluqlar mövcuddur. Düşmənlərimiz və əlaltıları isə bu boşluqdan rahatca istifadə edərək, öz məkrli fəaliyyətlərini həyata keçirirlər. 
Türkiyədə 2007-ci ilin 4 may tarixində “İnternet məkanınında yayımların tənzimlənməsi və bu yayımlar vasitəsilə işlənən cinayətlərlə mübarizə aparılması haqqında” Qanun qəbul edilib. Və son olaraq Türkiyə Böyük Millət Məclisi tərəfindən 29 iyul tarixində sosial mediaya aid tənzimləmələri özündə ehtiva edən 9 maddədən ibarət dəyişikliklər qeyd olunan Qanuna əlavə edilib. Almaniyada olduğu kimi, bundan sonra Türkiyədə də sosial  mediada böhtan, təhqir və təcavüz kimi cinayətlərin qarşısı bu yolla alınacaq. Twitter, Facebook və digər böyük sosial media platformaları ölkədə nümayəndəlik açmaq məcburiyyətində olacaq.


Düşünürəm ki, Azərbaycanda da belə bir qanunun qəbul olunması olduqca vacibdir. Bunu etməklə cəmiyyətdə sağlam-mənəvi mühitin dərinləşməsi və saflaşmasına töhfəmizi vermiş olarıq. Yalan informasiyalar, təhdidlər, təhqirlər gənclərin şüuruna mənfi təsir göstərir. Azərbaycan sivil ölkədir və hesab edirəm ki, sosial şəbəkələrdə bu cür arzuolunmaz halların aradan qaldırılmasında cəmiyyətin bütün təbəqələri iştirak etməli və bunun hüquqi həllinin tapmasına dəstək verməlidirlər.



Etibar Əliyev,
Milli Məclisin deputatı

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Daha 26 fələstinli öldü, 600 nəfərdən çox yaralandı - İsrail bombardmanı 15 May 2021, 01:00 “Neftçi” – “Qarabağ” matçının vaxtı açıqlandı 15 May 2021, 00:52 Qaragöl ətrafında vəziyyət qəlizləşir TƏHLİL 15 May 2021, 00:43 Türkiyə öz sülhməramlılarını Şərqi Qüdsə göndərə bilər 15 May 2021, 00:39 Balakəndə kişi öz qırtlağını kəsdi 15 May 2021, 00:24 Dünyada koronavirusa yoluxanların sayı artdı 15 May 2021, 00:11 İsrail qırıcıları Fələstin DİN-in binasını vurdu 14 May 2021, 23:59 Çində yeni koronavirus ocağı aşkarlandı 14 May 2021, 23:49 Suriyanın İsrailə atdığı raket öz ərazisinə düşdü 14 May 2021, 23:37 Kainat genişlənir 14 May 2021, 23:23 Xırdalanda piyadanı maşın vurdu 14 May 2021, 23:10 Bolton ABŞ-ı Qafqazda Rusiyaya cavab verməyə çağırdı 14 May 2021, 22:56 Cozep Borrelldən Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətlə bağlı bəyanat 14 May 2021, 22:41 Quterreş İsrail və Fələstini hərbi əməliyyatları dayandırmağa çağırdı 14 May 2021, 22:29 Rusiyaya dost olmayan dövlətlərin siyahısı təsdiqləndi 14 May 2021, 22:15 Azərbaycan çempionu son turda bilinəcək 14 May 2021, 22:02 Ukraynada hökumət böhranı - iki nazir istefa verdi 14 May 2021, 21:48 "Facebook" və "İnstagram"ın işində problem yarandı 14 May 2021, 21:35 “Türk Hava Yolları” Tel-Əvivə uçuşları dayandırdı 14 May 2021, 21:23 Masallıda ər keçmiş arvadını bıçaqladı 14 May 2021, 21:08 ÜST-dən koronavirusla bağlı təhlükəli XƏBƏRDARLIQ 14 May 2021, 20:54 Erməni əsgərin asılmış meyiti tapıldı 14 May 2021, 20:40 “İyunda məhdudiyyətləri ciddi şəkildə yumşaltmağı planlaşdırırıq” - Ərdoğan 14 May 2021, 20:28 Mehriban Əliyeva Qarabağdan növbəti paylaşım etdi - VİDEO 14 May 2021, 20:14 Şentop Sahibə Qafarovaya zəng etdi 14 May 2021, 20:05 Apreldə bahalaşan və ucuzlaşan MƏHSULLAR 14 May 2021, 18:31 Şuşada keçirilən "Xarıbülbül" festivalı heç vaxt yaddaşlardan silinməyəcək 14 May 2021, 17:52 Bakıda restoranda partlayış: 4 nəfər yaralandı 14 May 2021, 17:30 Azərbaycan vasitəsilə 10 milyon tondan artıq yük daşınıb 14 May 2021, 17:14 Ceyhun Bayramov avropalı diplomatla sərhəddəki gərginliyi müzakirə etdi 14 May 2021, 16:57 Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI 14 May 2021, 16:49 Daha 326 nəfər koronavirusa yoluxdu: 12 nəfər vəfat etdi 14 May 2021, 16:36 “Düşmən Qarabağ şikəstəsinin avazını əbədi olaraq eşitməyə məhkum olacaq” - Deputat 14 May 2021, 16:23 Ceyhun Bayramov ABŞ Dövlət katibi ilə danışıqlar apardı                                         14 May 2021, 16:07 Azərbaycan övladlığa verilən uşaqların sayı açıqlandı 14 May 2021, 15:55