Modern.az

Ordumuzun həkimi koronavirusdan ölüb

Ordumuzun həkimi koronavirusdan ölüb

Hadisə

31 İyul 2020, 13:55

Silahlı Qüvvələrin Baş Klinik Hospitalının reanimasiya-anesteziologiya bölməsinin zabiti, tibb xidməti mayoru Cəfərov Teymur Oktay oğlu  koronavirus (COVİD-19) infeksiyasından vəfat edib.


Bu barədə Müdafiə Nazirliyindən Modern.az-a məlumat verilib.


Təəssüflə bildirilib ki, həkimlərin bütün səylərinə baxmayaraq, 39 yaşlı T.Cəfərovun həyatını xilas etmək mümkün olmayıb və iyulun 31-də səhər saatlarında o, dünyasını dəyişib. 


Müdafiə Nazirliyinin rəhbərliyi və hərbi tibb personalı vəfat edən hərbi qulluqçumuzun yaxınları və əzizlərinə dərin hüznlə başsağlığı verir, səbir diləyir.


Allah rəhmət eləsin!

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə