Arxiv
1 Avqust 2020, 16:24 | AKTUAL
Uşaq Qaynar Xətt xidməti növbəti hesabatını açıqladı

Azercell-in dəstəyilə fəaliyyət göstərən mərkəzə iyunda 555 zəng daxil olub

Modern.az xəbər verir ki, “Azercell Telekom” MMC-nin dəstəyilə fəaliyyət göstərən Azərbaycan Uşaq Qaynar Xətt (AUQX) xidməti pandemiya dövründə də gərgin işini davam etdirir.

 

Bu ilin iyun ayında AUQX xidmətinə 555 zəng daxil olub.  Müraciətlərin əksəriyyəti təhsil sahəsi (273 zəng) ilə əlaqəli olub. Müraciət edənlərin 90-ı hüquqi, 65-i psixoloji məsələlərlə maraqlanıblar. Ümumilikdə, 36 müraciət səhiyyə, 35 sosial mövzular üzrə, 56 müraciət isə digər məsələlərlə əlaqəli olub. Zəng edənlərin 446-sı onları narahat edən məsələ ilə bağlı ilk dəfə olaraq Azərbaycan Uşaq Qaynar Xətt xidmətinə müraciət ediblər. Toplam müraciətlərin yalnız 109-u təkrarən daxil olub.
İyun ayında xidmətə müraciətlərin təxminən yarısı oğlanlar (280), yerdə qalanları qızlar (275 nəfər) tərəfindən olub. Yaş kateqoriyası üzrə bölgüyə görə zənglərin 452-si 18 yaşdan yuxarı, 103 zəng isə 18 yaşdan aşağı şəxslər tərəfindən daxil olub. Zənglərin əksəriyyəti, daha dəqiq desək, 338-i Azərbaycan Uşaq Qaynar Xətt xidmətinin mobil nömrəsi, 182-si isə şəhər telefonu vasitəsilə daxil olub. Telefon zənglərindən əlavə, 35 müraciət SMS vasitəsilə qəbul edilib.
Mərkəz əməkdaşları qaynar xəttə daxil olan müraciətlərlə əlaqədar mütəmadi olaraq ailələr və onların uşaqları ilə görüşlər təşkil edirlər. İyun ayı ərzində 29 belə görüş keçirilib,  2 ailə Qaynar Xəttin əməkdaşları tərəfindən ziyarət edilib. Daxil olan müraciətlərlə bağlı aidiyyəti olan orqanlara 11 məktub göndərilib.
Qeyd edək ki, Azərbaycan Uşaq Qaynar Xətt xidməti 2010-cu ilin əvvəlində yaradılıb. Ümidli Gələcək Gənclər Təşkilatının xidmət mərkəzi olan və ilk gündən “Azercell Telekom” MMC-nin dəstəyilə fəaliyyət göstərən bu qurum uşaq və yeniyetmələrə, eləcə də onların problemi ilə əlaqədar hər bir şəxsə sosial, psixoloji və hüquqi yardım edir. Bu illər ərzində xidmət mərkəzi uşaqların etimadını qazana bilib. Təkcə 2020-ci ilin yanvar - iyun ayları ərzində AUQX-nə 3174 müraciət daxil olub və onların heç biri diqqətdən kənarda qalmayıb.

 

 

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Reanimasiyada olan koronaviruslu xəstələrin sayı açıqlandı 15 Avqust 2020, 18:43 Türkiyə Cənubi Qafqazda NATO-nun rəyini nəzərə almayacaq - POLİTOLOQ 15 Avqust 2020, 18:40 Paşinyanın BBC-də biabır olduğu müsahibəsi Azərbaycan dilində - VİDEO 15 Avqust 2020, 18:00 Xaricdə daha bir azərbaycanlı koronavirusdan öldü 15 Avqust 2020, 17:52 Qazaxda təhlükəli top mərmisi tapıldı - FOTO 15 Avqust 2020, 17:43 Lerikdə 15 yaşlı qızla əlaqəyə görə daha bir şəxs həbs edildi 15 Avqust 2020, 17:34 Azərbaycanda aparılan testlərin sayı 826 mini keçdi 15 Avqust 2020, 17:25 Karantin qaydalarını pozan 86 sahibkara protokollar tərtib olundu 15 Avqust 2020, 17:17 Bakıda 550 küçə dezinfeksiya edildi - FOTO 15 Avqust 2020, 17:08 Azərbaycanda koronavirusa yoluxanların sayı azaldı - daha 2 nəfər öldü 15 Avqust 2020, 17:00 Ziyafət Əsgərov: “Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü prinsipinə hörmətlə yanaşılmalıdır” 15 Avqust 2020, 16:51 İlham Əliyev indoneziyalı həmkarını təbrik etdi 15 Avqust 2020, 16:43 Koronavirusdan sağalan Cavid Paşayev evə buraxıldı 15 Avqust 2020, 16:37 ÜST Misiri səhv testlərə görə tənqid etdi 15 Avqust 2020, 16:30 Polis velosipedçiləri cərimələdi 15 Avqust 2020, 16:23 Bərdədə dəhşətli qəza - sürücü ağır xəsarət aldı    15 Avqust 2020, 16:14 Azərbaycanda paralel xəstəliklərin ağırlaşmasından dünyasını dəyişən koronaviruslu XƏSTƏLƏR 15 Avqust 2020, 16:06 Barələrində cinayət işi başlanılan COVID-19 xəstələrinin sayı açıqlandı 15 Avqust 2020, 15:58 Paşinyan öz dili ilə ifşa olundu! - “Dünyanın gözü qarşısında biabırçı vəziyyətə düşdü” 15 Avqust 2020, 15:50 Qadın fermerlərə dəstək - FOTO 15 Avqust 2020, 15:42 Dini ayinlərin məscidlərdə keçirilməsi ral təhlükədir - QMİ-nin sədr müavini 15 Avqust 2020, 15:33 Abşeronda gizli fəaliyyət göstərən restoran aşkarlandı - Foto 15 Avqust 2020, 15:25 Körpünün üstündəki qəza tıxaca səbəb oldu - FOTO 15 Avqust 2020, 15:17 Bakıda özünü dənizə atan şəxs xilas edildi 15 Avqust 2020, 15:08 Baş Nazirdən icra başçılarına TAPŞIRIQ 15 Avqust 2020, 15:00 Putin və Lukaşenko Belarusdakı vəziyyəti müzakirə etdilər 15 Avqust 2020, 14:54 Gəncədə dezinfeksiya işləri davam etdirilir - FOTO 15 Avqust 2020, 14:48 İranda daha 161 nəfər koronavirusdan öldü 15 Avqust 2020, 14:40 “Paşinyan Livan ermənilərindən canlı şit kimi istifadə edir” - Azay Quliyev 15 Avqust 2020, 14:33 Anasını öldürmək istəyən gəncin məhkəməsi başlayır 15 Avqust 2020, 14:26 Mingəçevirdə yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi saxlanıldı 15 Avqust 2020, 14:19 Paşinyanın, onun simasında Ermənistanın növbəti mənəvi İFLASI   15 Avqust 2020, 14:11 Fransa Azərbaycanlıları Koordinasiya Şurasının yeni əlaqələndiricisi seçilib 15 Avqust 2020, 14:04 Ermənilərin Kəlbəcərdə saldığı yeni yaşayış evlərinin peyk görüntüləri yayıldı - FOTO 15 Avqust 2020, 13:56 Rusiyada koronavirusa qarşı dərman istehsalına başlandı 15 Avqust 2020, 13:51