Modern.az

Kinematoqrafçılar İttifaqının illik mükafatının qalibləri elan olundu

Kinematoqrafçılar İttifaqının illik mükafatının qalibləri elan olundu

Aktual

2 Avqust 2020, 09:15

Azərbaycan Kinematoqrafçılar İttifaqının illik mükafatına layiq görülən kino xadimlərinin adları açıqlanıb. Nominantlar ənənəvi olaraq 2 avqust - Milli Kino Günü ərəfəsində elan edilir.

 

Modern.az xəbər verir ki, Kinematoqrafçılar İttifaqı katibliyinin qərarına əsasən, “Sənət ideallarına sadiqliyinə görə” nominasiyasında aktyor Fərhad İsrafilov, “Müasir kino dili ilə çəkilmiş filmlərinin beynəlxalq uğuruna görə” nominasiyasında isə kinoşünas Sevda Sultanova təltif olunublar.

 

Qeyd edək ki, 2012-ci ildə təsis edilmiş bu nüfuzlu mükafata indiyədək yazıçı Anar, mərhum aktyor Fuad Poladov, səs rejissoru Əsəd Əsədov, kino rəssamı Firəngiz Qurbanova, kinorejissor Murad İbrahimbəyov, aktrisa Şükufə Yusupova, kinorejissor Cahangir Zeynallı, aktrisa Zülfiyyə Qurbanova, bəstəkar Rauf Əliyev, diplomat və ictimai xadim Ramiz Abutalıbov, rejissor Mirbala Səlimli, operator Yuri Varnovski, kino və televiziya rejissoru Nazim Rza İsrafiloğlu və başqaları layiq görülüblər.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır