Modern.az

Prezidentin köməkçisi: “Yumşalmaya tədricən getməliyik

Prezidentin köməkçisi: “Yumşalmaya tədricən getməliyik”

Aktual

3 Avqust 2020, 17:15

Ölkə üzrə sanitar epidemioloji vəziyyət nəzarətdə saxlanılır.

Modern.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargah Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H.Hacıyev deyib ki, hazırda ölkə üzrə müsbət dinamika davam edir:

"Əldə etdiyimiz bu nəticələr 21 iyundan etibarən tətbiq edilən sərt karantin rejiminin nəticələridir. Müsbət dinamikanı davam etdirmək üçün yumşalmaya tədricən getməliyik. Çünki dünya ölkələrindəki praktika göstərir ki, yumşalmaya getdikcə, yoluxmaların artımı gözlənilir. Ona görə də hər birimiz fərdi məsuliyyətimizi davam etdirməliyik.
Virusa yoluxanların sayının azaldılması, özünüzü və yaxınlarınızı virusa yoluxmadan maksimum qorumaq üçün mövcud preventiv tədbirlərin şərtlərinə əməl etməyə, tibbi-profilaktik qaydalara riayət etməyə, ictimai yerlərdə 5 nəfərdən artıq qruplarda cəmləşməməyə, sosial məsafəni saxlamağa, qoruyucu maskalardan istifadəyə çağırırıq".

H.Hacıyev deyib ki, iqtisadi vəziyyət nəzərə alınmaqla sahibkarlara birdəfəlik maddi yardımın verilməsi nəzərdən keçirilir.

"Sosial-iqtisadi yardım paketləri davam etdirilir, pandemiyadan zərər çəkmiş şəxslərə yardım bundan sonra da davam etdiriləcək. İyulun 28-dək 30 minədək vergi ödəyicisinin müraciəti əsasında 24 825 muzdlu işçiyə ikinci tranşda maaş ödənilib. Maliyyə dəstəyinə ehtiyacı olan sahibkarlara 250 manat yardımın təkrar verilməsi gündəmdədir".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır