Arxiv
4 Avqust 2020, 13:22 | AKTUAL
Agentlik ictimai iaşə müəssisələrinə müraciət etdi
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ölkəmizdə koronavirus (COVID-19) infeksiyasına qarşı effektiv mübarizə tədbirlərinin təmin olunması ilə bağlı ictimai iaşə müəssisələrinə müraciət edib.

 

Agentlikdən Modern.az-a verilən məlumata görə, müraciətdə deyilir ki, pandemiya dövründə ictimai iaşə müəssisələri Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Koronavirus pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə” 6 iyul 2020-ci il tarixli, 237 nömrəli qərarına uyğun olaraq öz fəaliyyətlərini həyata keçirməlidirlər. Həmin qərara əsasən, pandemiya dövründə insanların sıx toplaşmasının xəstəliyin yayılma intensivliyinə birbaşa təsirini nəzərə alaraq, ictimai iaşə müəssisələrinə müştəri qəbulu 2 dəfə azaldılmalı və müvafiq olaraq hər adambaşına müəyyən edilən sahə 2 qat artırılmalıdır. Eyni zamanda qida qəbulu zallarında oturacaqların ara məsafəsi eyni masa arxasında 1 metrdən, masalararası məsafə isə 2 metrdən az olmamalıdır.

Hər bir ictimai iaşə müəssisəsinin qarşısında həmin müəssisənin qida qəbulu yerlərinin ümumi sahəsi, oturacaq yerlərinin sayı, masalararası məsafə, adambaşına müəyyən edilən sıxlıq normaları girişdə hər kəsin aydın şəkildə görə biləcəyi lövhələrdə əks olunmalıdır.

 

İctimai iaşə müəssisələri fəaliyyətə başladıqdan sonra AQTA əməkdaşları tərəfindən keçirilən reydlər zamanı müvafiq qərarın tələblərinə uyğun olaraq qida qəbulu, oturacaq yerləri, masalar və adambaşına müəyyən edilən sıxlıq normaları ilə bağlı zəruri məlumatların girişdə hər kəsin görə biləcəyi yerdə xüsusi lövhələrdə yerləşdirilmədiyi halları aşkar olunarsa, həmin müəssisələrlə bağlı qanunvericilik çərçivəsində müvafiq tədbirlər həyata keçiriləcəkdir.

AQTA bir daha qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərini və istehlakçıları pandemiya dövrünün tələblərinə ciddi şəkildə əməl etməyə, özünün və yaxınlarının sağlamlığını və təhlükəsizliyini qorumaq üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydalara riayət etməyə çağırır.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Qarabağ veteranı olan müəllim işdən çıxarılır - O, nazirə MÜRACİƏT ETDİ 23 Sentyabr 2020, 01:36 Çempionlar Liqasında 3 oyun keçirildi - NƏTİCƏLƏR 23 Sentyabr 2020, 00:56 Türkiyədə FETÖ-yə qarşı növbəti əməliyyat 23 Sentyabr 2020, 00:38 Koronavirusa görə məhdudiyyətlər daha 6 ay uzadılıb 23 Sentyabr 2020, 00:24 Dəhşətli qəzada sürücü yol kənarına düşərək öldü - FOTO 23 Sentyabr 2020, 00:09 ABŞ Rusiya və Çinin istehsalı olan vaksinlərin tətbiqinə hazırdır 22 Sentyabr 2020, 23:35 Oğluna 1500 qonaqla toy edən deputat cəzalandırıldı - VİDEO 22 Sentyabr 2020, 23:17 Ərdoğan dünyaya səsləndi: “Ermənistan Cənubi Qafqazda sülhə ən böyük əngəldir” 22 Sentyabr 2020, 22:59 Putin Makrona nə deyib? – Telefon danışığının detalları ÜZƏ ÇIXDI 22 Sentyabr 2020, 22:48 BMT-də islahatlar zamanıdır...   22 Sentyabr 2020, 22:45 Zelenski Prezident İlham Əliyevə  zəng edib 22 Sentyabr 2020, 22:37 Daha bir məktəb koronavirusa görə distant təhsilə keçdi 22 Sentyabr 2020, 22:23 Bu gün daha 10 şagird, 7 işçi heyətdə koronavirus AŞKARLANDI 22 Sentyabr 2020, 22:09 “Kipr türk xalqını haqlı davasında heç vaxt yalnız buraxmayacağıq” - Ərdoğan 22 Sentyabr 2020, 21:53 Paytaxtda ağır qəza: 4 piyada vuruldu 22 Sentyabr 2020, 21:42 Dövlət təhsil müəssisələri fəaliyyət üçün lisenziya almayacaq 22 Sentyabr 2020, 21:31 Bakının üç rayonu  qazsız qalacaq 22 Sentyabr 2020, 21:24 Qənirə Paşayeva: “Uşaqlara ilkin tibbi yardım qaydaları öyrədilməlidir” 22 Sentyabr 2020, 21:24 Kəlbəcəri Ermənistana birləşdirəcək yolun tikintisi başlandı – FOTO 22 Sentyabr 2020, 21:20 Quba sakini intihar etdi 22 Sentyabr 2020, 21:11 Nobelçilər Baydeni dəstəkləyir 22 Sentyabr 2020, 20:59 İlham Əliyev və Ərdoğan cəbhədəki erməni təxribatını müzakirə etdilər 22 Sentyabr 2020, 20:46 Türkiyədə son sutkada daha 65 nəfər koronavirusdan öldü 22 Sentyabr 2020, 20:41 Azərbaycan diasporu Ermənistan təxribatını pisləyir 22 Sentyabr 2020, 20:30 Avropa İttifaqı nəhəng şirkətlər üzərində nəzarəti sərtləşdirir 22 Sentyabr 2020, 20:17 Göygöldə qayadan yıxılan oğlan xəstəxanada öldü 22 Sentyabr 2020, 20:04 Sahibə Qafarova: “Ermənistan böyük müharibəyə hazırlaşır” 22 Sentyabr 2020, 20:00 Xaricdən ölkəyə mobil telefonların gətirilməsi ÇƏTİNLƏŞDİRİLDİ   22 Sentyabr 2020, 19:53 Ceyhun Bayramov Portuqaliyanın Azərbaycandakı səfirini qəbul edib 22 Sentyabr 2020, 19:47 Diplomatların xaricdən Azərbaycana avtomobil gətirməsi qaydaları SƏRTLƏŞDİRİLDİ 22 Sentyabr 2020, 19:41 Xaricdə yaşayan azərbaycanlıların Avropanın media orqanlarına çıxış imkanları müzakirə olundu 22 Sentyabr 2020, 19:35 Prezident İlham Əliyev dünyanın ali tribunasından Azərbaycanın prinsipal mövqeyini bir daha bəyan etdi   22 Sentyabr 2020, 19:27 AMEA-da işçi qrup yaradıldı 22 Sentyabr 2020, 19:18 Prezident dövlət qurumunun adını DƏYİŞDİRDİ 22 Sentyabr 2020, 19:09 Energetika Nazirliyinə yeni səlahiyyət verildi 22 Sentyabr 2020, 19:00