Arxiv
4 Avqust 2020, 17:00 | AKTUAL
Ağstafada hərbçilərə bayram süfrəsi açılıb

Tovuz istiqamətində düşmən təxribatının qarşısının alınması zamanı, əsgər, gizir və zabitlərimizin göstərdiyi şücaət müasir hərb tariximizin şanlı səhifəsidir.

 

Modern.az Koordinat.az-a istinadən xəbər verir ki,  “Sity servis” şirkətinin təşəbbüsü, Azərbaycan Milli Kulinariya Mərkəzinin dəstəyi ilə Ağstafa rayonundakı “N” saylı hərbi hissədə müqəddəs Qurban bayramı münasibətilə keçirilən tədbirdə də bu barədə danışılıb.

Tədbirdə hərbçilərlə yanaşı, müharibə veteranları, tanınmış ziyalılar, ictimai fəallar, kulinariya ustaları iştirak ediblər.

 

Azərbaycan Milli QHT Forumunun prezidenti Rauf Zeyni,  Azərbaycan Milli Kulinariya Mərkəzinin prezidenti Tahir Əmiraslanov, “Sity servis” şirkətinin  “Mangal Steak House” şəbəkəsinin baş direktoru Namiq Məmmədov və başqaları hərbçiləri bayram münasibətilə təbrik edib, onlara xoş arzularını çatdırıblar. Çıxışlarda ordumuzun gücü və qüdrəti sayəsində torpaqlarımızın işğaldan tezliklə azad ediləcəyinə dərin inam ifadə edilib.

Milli Məclisin deputatı Qənirə Paşayeva tədbirdə virtual iştirak edib, hərbçilərə bayram təbrikini çatdırıb, xeyriyyə tədbirinin təşkilatçılarına təşəkkürünü bildirib.

 

Tovuz rayonu istiqamətində gedən döyüşlərdə şəhid olan çavuş Ağstafa rayonunun Göyçəli kəndinin sakini Vüqar Sadıqovun tədbirə dəvət edilmiş oğluna hərbi hissə və “Sity servis” şirkətinin  “Mangal Steak House” şəbəkəsi tərəfindən hədiyyələr verilib.  

Xeyriyyə tədbirinin təşkili  “Azman” holdinq, “Nar & Sharab” və “Zuğulba Saray” tərəfindən də dəstəklənib. Qurban ətindən hazırlanmış xörəklər digər hərbi hissələrə də göndərilib.

 

Namiq Məmmədov jurnalistlərlə söhbətdə deyib ki, təmsil etdiyi ictimai iaşə şəbəkəsinin kollektivi xalqımızın milli mətbəxinə məxsus təamlarla zəngin olan belə bayram süfrələrini tezliklə işğal azad ediləcək ərazilərdə təşkil etmək arzusundadır.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ağstafada 4 otaqlı ev yandı 24 Sentyabr 2021, 00:52 Daha bir ölkədə vulkan püskürdü 24 Sentyabr 2021, 00:50 ABŞ İsrailin raket sistemləri üçün 1 milyard dollar ayırır 24 Sentyabr 2021, 00:37 Şahmatçılarımız Avropada növbəti dəfə qələbə qazandılar 24 Sentyabr 2021, 00:19 Mediasiya Şurasının geniş iclası keçirildi 24 Sentyabr 2021, 00:08 Qardaşı Mübariz Mənsimovu məhkəməyə verdi 23 Sentyabr 2021, 23:55 Hikmət Hacıyev İran XİN başçısının müavini ilə görüşdü - FOTO 23 Sentyabr 2021, 23:40 Rusiyada hərbi helikopter yoxa çıxıb 23 Sentyabr 2021, 23:34 Azərbaycan Ermənistanı beynəlxalq məhkəməyə verdi 23 Sentyabr 2021, 23:13 NATO-nun iki hərbi gəmisi Qara dənizə girdi 23 Sentyabr 2021, 22:58 BMT-nin missiya rəhbəri Kabilə qayıtdı 23 Sentyabr 2021, 22:40 XİN başçısı slovakiyalı həmkarı ilə görüşdü 23 Sentyabr 2021, 22:21 Ceyhun Bayramov Baş katiblə müzakirələr aparıb 23 Sentyabr 2021, 22:07 Türkiyə əhalisinin 69%-dən çoxu tam peyvəndlənib 23 Sentyabr 2021, 21:51 Şəhid tabor komandirinin xatirəsi anıldı - FOTOLAR 23 Sentyabr 2021, 21:36 Sabiq partiya sədrinə YAP-ın vəsiqəsi verildi 23 Sentyabr 2021, 21:28 Türkiyəli futbolçu rəsmən “Barselona”da 23 Sentyabr 2021, 21:12 “Azərbaycan Opera İnciləri” filmi təqdim olundu 23 Sentyabr 2021, 21:01 FHN hava ilə bağlı əhaliyə müraciət etdi 23 Sentyabr 2021, 20:48 “ABŞ-la düşmən yox, dost olmaq istəyirik” - Ərdoğan 23 Sentyabr 2021, 20:32 Azərbaycanda ali təhsil almağın QİYMƏTİ - İllik 6500 manat... 23 Sentyabr 2021, 20:18 Sel bəzi rayonları su, qaz və işıqsız qoydu 23 Sentyabr 2021, 20:15 Çimərlik güləşçimiz dünya çempionu oldu 23 Sentyabr 2021, 20:14 Ərdoğan Putinlə görüşdə bu məsələləri müzakirə edəcək 23 Sentyabr 2021, 20:06 Blinken fransalı həmkarı ilə görüşəcək 23 Sentyabr 2021, 19:53 “İğdırdan Naxçıvana dəmir yolu çəkiləcək” - Ərdoğan 23 Sentyabr 2021, 19:39 Ərdoğan: “Paşinyandan müsbət mesajlar alırıq” 23 Sentyabr 2021, 19:27 İƏT nümayəndələri ANAMA-da olub 23 Sentyabr 2021, 19:13 Nizami Gəncəvi Mərkəzinin üzvləri Ərdoğanla görüşdülər 23 Sentyabr 2021, 19:10 Özbəkistan Prezidenti Eldar İbrahimovu təltif etdi 23 Sentyabr 2021, 19:08 Zaqatalada çayda batan kişinin meyiti tapıldı - VİDEO 23 Sentyabr 2021, 18:56 Fərid Qayıbov Azərbaycan Güləş Federasiyasında - FOTOLAR 23 Sentyabr 2021, 18:45 Naxçıvanda şəhid ailələrinə medallar təqdim olundu   23 Sentyabr 2021, 18:36 Həkim: “Böyrək daşını əritmək üçün dərman yoxdur” 23 Sentyabr 2021, 18:24 Şəhidlərimiz dini məbədlərdə yad olunacaq   23 Sentyabr 2021, 18:14
SORĞU Hansı vaksinə etibar edirsiniz?