Modern.az

Respublikaçı Alternativ partiyası qurultay keçirdi

Respublikaçı Alternativ partiyası qurultay keçirdi

5 Avqust 2020, 00:26

Respublikaçı Alternativ partiyasının onlayn formatda təsis qurultayı keçirilib.

Modern.az xəbər verir ki, partiyanın üzvü Natiq Cəfərli qurultayda 100-ə yaxın nümayəndənin iştirak etdiyini bildirib.

 

Natiq Cəfərli qeyd edib ki, qurultayın əsas sənədləri - nizamnaməsi və proqramı qəbul edilib: ”Qurultay partiyanın 6 nəfərdən ibarət siyasi komitəsini seçdi və 5 nəfərdən ibarət nəzarət təftiş komissiyası seçildi. Nizamnaməyə uyğun olaraq partiyanın siyasi komitəsi növbəti toplantısında partiyanın sədrini və icra qurumlarını seçəcək. Əldə olunan sənədləri yaxın zamanda Ədliyyə Nazirliyinə təqdim edəcəyik”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı