22 Sentyabr 2020, Çərşənbə axşamı
Arxiv
5 Avqust 2020, 13:36 | AKTUAL
Sərt karantinin tətbiq edildiyi yerlərdə məhkəmələr hansı qayda ilə keçiriləcək?

Ali Məhkəmə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər haqqında məlumat yayıb.

 

Ali Məhkəmədən Modern.az-a verilən məlumata görə, Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması ilə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrini, Nazirlər Kabinetinin 2020-ci il 04 avqust tarixli 278 nömrəli Qərarını, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 23 aprel tarixli 6 nömrəli Qərarındakı yanaşmanın davam etdirilməsinin zəruriliyini nəzərə alaraq, 2020-ci il 05 avqust saat 06:00-dan 31 avqust saat 00:00-dək sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq edildiyi Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərinin və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonlarının inzibati ərazisində fəaliyyət göstərən məhkəmələrə işlərə baxılması ilə bağlı aşağıdakılar tövsiyə edilib:

Azərbaycan Respublikasının Ali Məhkəməsində və apelyasiya instansiyası məhkəmələrində bütün kateqoriya işlərə baxılması davam etdirilsin.

 

Birinci instansiya məhkəmələri üzrə aşağıdakı işlərə baxılması təmin edilsin:

Mülki və kommersiya mübahisələri üzrə - ailə-nikah münasibətlərindən (nikahın pozulması, aliment, uşaqla ünsiyyət, əmlak bölgüsü və digər), əmək münasibətlərindən irəli gələn və xüsusi icraat qaydasında baxılan mülki işlərə, tərəflərin sayı 2-dən artıq olmayan kommersiya mübahisələrinə, əmr icraatına, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraata, habelə bütün kateqoriya işlər üzrə iddianın təmin tədbirləri ilə bağlı məsələlərə. Digər kateqoriya mülki və kommersiya mübahisələri üzrə isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin tələbləri nəzərə alınmaqla məhkəmə icraatının “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılması imkanlarından istifadəsi davam etdirilsin;

Cinayət işləri üzrə - 2 nəfərədək təqsirləndirilən şəxs barəsində olan cinayət işlərinə; Cinayət-Prosessual Məcəlləsinin 51-2-ci maddəsinə müvafiq olaraq məhkəmə icraatının videokonfrans əlaqə sistemindən istifadə edilməklə keçirilməsi mümkün olan digər cinayət işlərinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına, xüsusi ittiham qaydasında şikayət üzrə materiallara; tibbi xarakterli məcburi təbirlərinin tətbiq edilməsi haqqında materiallara; qətimkan tədbirlərinin seçilməsi, dəyişdirilməsi, ləğvi, həbsdə, ev dustaqlığında saxlama müddətlərinin uzadılması, ev dustaqlığı qətimkan tədbiri ilə əlaqədar şəxsin üzərinə qoyulmuş vəzifələrin ləğvi, dəyişdirilməsi barədə, habelə məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında verilmiş digər müraciətlərə; hökmün və ya məhkəmənin digər yekun qərarının icrası qaydasında təqdimatlara və ərizələrə;

İnzibati xətalara dair bütün kateqoriya işlərə;

İnzibati mübahisələr üzrə - sosial təminat hüququnun həyata keçirilməsi və vergi mübahisələri kateqoriyasına aid işlərə, eləcə də müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi ilə bağlı məsələlərə. Digər kateqoriya inzibati mübahisələr üzrə isə Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 16-cı maddəsinin tələbləri nəzərə alınmaqla şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılması imkanlarından istifadəsi davam etdirilsin.

Məhkəməyədək icraat zamanı barələrində həbs qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxslər haqqında cinayət işləri məhkəmələrin icraatına qəbul edilsin.

Hakimlərin və məhkəmə aparatı işçilərinin iş rejimi ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrindən irəli gələn digər zəruri məsələlər həll olunsun.

Vətəndaşların qəbulu dayandırıldığından qəbul yalnız telefon, mobil və internet rabitəsi vasitəsi ilə həyata keçirilsin.

Məhkəmə fəaliyyəti Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən olunan zəruri sosial davranış və sanitar-epidemioloji qaydalara uyğun həyata keçirilsin. Vətəndaşların məhkəmə binalarında olduqları müddət ərzində qoruyucu maskalardan istifadə etmələri, şəxsi gigiyena, tibbi-profilaktik qaydalara, eləcə də sosial məsafəyə riayət etmələri təmin olunsun. Məhkəmələrin inzibati binalarında mütəmadi olaraq dezinfeksiya işləri aparılsın və qoruyucu-gigiyenik vasitələrlə təchiz edilsin.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
AŞPA Tofiq Yaqublu ilə bağlı məlumat yaydı 22 Sentyabr 2020, 15:06 Səhər yeməyi üçün ən təhlükəli QİDALAR 22 Sentyabr 2020, 15:00 Nazirlik yaşı 65-i ötən müəllimlərlə bağlı iddiaya AYDINLIQ GƏTİRDİ 22 Sentyabr 2020, 14:54 Azərbaycan Gürcüstana 21 mindən çox dərslik göndərdi 22 Sentyabr 2020, 14:48 Rüstəm Usubov Baş Prokurorun qəbuluna gəldi - FOTO 22 Sentyabr 2020, 14:42 Taksi sürücüləri üçün etik qaydalar dəyişdirildi 22 Sentyabr 2020, 14:36 “Yeniləşən Azərbaycana yeni məktəb”: Son beş ildə 600-dən çox məktəb... 22 Sentyabr 2020, 14:30 “AzerGold” istiqrazları: yerli alıcılarla yanaşı, xarici investorlar üçün də cəlbedicidir 22 Sentyabr 2020, 14:25 Bu il daha iki DOST Mərkəzi açılacaq 22 Sentyabr 2020, 14:19 Müharibə başlayarsa, Türkiyə jurnalistləri də Azərbaycana dəstək verəcək... 22 Sentyabr 2020, 14:13 Agentlik otellərə COVID-19-la bağlı tövsiyələr verdi 22 Sentyabr 2020, 14:07 Qadın sürücü “Prado” ilə ata və qızını vurdu 22 Sentyabr 2020, 14:01 Deputatdan məcburi köçkün məktəbləri ilə bağlı humanist təklif 22 Sentyabr 2020, 13:57 Ermənilər azərbaycanlı deputatı terrorla HƏDƏLƏDİLƏR 22 Sentyabr 2020, 13:52 Pərvin Kərimzadə: Paşinyan hakimiyyəti hərbi-siyasi təxribatlarından əl çəkmir 22 Sentyabr 2020, 13:48 Azərbaycanda zəlzələ oldu 22 Sentyabr 2020, 13:43 Ordumuzun zirehli texnikası təlimlərə çıxarıldı - VİDEO 22 Sentyabr 2020, 13:39 “Bu gedişlə 2 həftə sonra məktəblər bağlanacaq” - Ekspert NARAHATDIR 22 Sentyabr 2020, 13:34 Aqrar siyasət komitəsinin iş planı açıqlandı - FOTO 22 Sentyabr 2020, 13:28 Ombudsman “Qızıl Xaç”ın yeni rəhbərinə Dilqəm və Şahbaza görə müraciət etdi   22 Sentyabr 2020, 13:23 Azərbaycanda ehtiyatda olanlar təlimə çağırıldı - Ermənistanda PANİKA yarandı 22 Sentyabr 2020, 13:18 Yol polisi “Pikap” maşınlarını niyə saxlayır? - Nazirlik AYDINLIQ GƏTİRDİ 22 Sentyabr 2020, 13:15 Məktəb direktoru olmaq istəyənlərin NƏZƏRİNƏ 22 Sentyabr 2020, 13:11 Bu kollecdə gözdən əlil abituriyentlər üçün qəbul yerləri ayrılıb 22 Sentyabr 2020, 13:06 Sabah Bakıda və rayonlarda yağış yağacaq - Hava proqnozu 22 Sentyabr 2020, 13:00 Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi silahlı şəxslərə qarşı əməliyyat keçirib 22 Sentyabr 2020, 12:54 Adil Əliyev: “Ermənistan tərəfi öz təcavüzkar, avantürist siyasətindən əl çəkməlidir” 22 Sentyabr 2020, 12:48 Prezident və birinci xanım yeni təcili yardım maşınları ilə tanış olublar - YENİLƏNİB 22 Sentyabr 2020, 12:42 Xalq artistinin oğluna XİN-də yeni vəzifə verildi 22 Sentyabr 2020, 12:38 Məhkəmə Eldar Həsənovla bağlı QƏRAR VERDİ 22 Sentyabr 2020, 12:33 Nazirlik min manata görə öldürülən şəxslə bağlı MƏLUMAT YAYDI 22 Sentyabr 2020, 12:28 İlham Əliyev Səudiyyə Kralına məktub göndərdi 22 Sentyabr 2020, 12:22 AMEA-dan yaşı 65-i ötmüş işçilərlə bağlı AÇIQLAMA 22 Sentyabr 2020, 12:16 Prezident sərəncam İMZALADI 22 Sentyabr 2020, 12:10 Ermənistan müdafiə naziri Qarabağa gəldi 22 Sentyabr 2020, 12:06