Modern.az

Kamran Əliyevdən 6 ayın HESABATI: “103 cinayət qrup zərərsizləşdirilib”

Kamran Əliyevdən 6 ayın HESABATI: “103 cinayət qrup zərərsizləşdirilib”

5 Avqust 2020, 15:17

Respublikada kriminogen durum nəzarətdə saxlanılır, əhalinin hər 100 min nəfərinə düşən 132 cinayətin sayına görə ölkəmizin MDB və Avropa məkanında öncül mövqeyini saxlayaraq ən təhlükəsiz və sabit dövlətlərdən biridir.

 

Modern.az-ın məlumatına görə, bunu Baş prokuror Kamran Əliyev avqustun 5-də videokonfrans rejimində prokurorluq orqanları tərəfindən 2020-ci ilin birinci yarımilində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsində bildirib.

K.Əliyev qeyd edib ki, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və digər hüquq mühafizə orqanları ilə birgə fəaliyyətin nəticəsi olaraq, cinayətkarlığın dinamikasında və strukturunda müşahidə edilən müsbət göstəricilər hesabat dövründə də davam edib:

 

“2020-ci ilin birinci yarımilində əməliyyat-axtarış və istintaq fəaliyyətini həyata keçirən bütün dövlət orqanları üzrə 13 min 310 cinayət qeydə alınıb. Bu cinayətlərin 86,5 %-i böyük ictimai təhlükə törətməyən və az ağır, yalnız 13,5%-i ağır və xüsusilə ağır növlər təşkil edib.

 

Həyata keçirilən məqsədyönlü və qabaqlayıcı tədbirlər nəticəsində qəsdən adam öldürmə, qəsdən sağlamlığa az ağır zərər vurma, dələduzluq, mənimsəmə və israf etmə, avtonəqliyyatın qaçırılması, xuliqanlıq, ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin sayı azalmış, cinayətlərin açılması 82,1% təşkil edib”.

Baş prokurorun sözlərinə görə, daxili işlər orqanları ilə birgə keçmiş illərdən bağlı qalmış 241 cinayətin açılması təmin edilmiş, 103 cinayətkar qrup zərərsizləşdirilib.

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi