Modern.az

Beyrutdakı partlayış nəticəsində ölü sayı 150-yə çatıb

Beyrutdakı partlayış nəticəsində ölü sayı 150-yə çatıb

7 Avqust 2020, 09:57

Avqustun 4-də Beyrutun dəniz limanında baş vermiş partlayış nəticəsində ölənlərin sayı artmaqda davam edir. 

Modern.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, Beyrutda azı 149 nəfər ölüb, 5 mindən çox insan yaralanıb. Daha əvvəl 145 nəfərin öldüyü bildirilirdi. Partlayış dalğası Beyrutda yüzlərlə binanı dağıdıb və ya zədələyib. Habelə 300 mindən çox insan evsiz qalıb.

Livan Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, partlayış 2 min 750 ton ammonium nitratın qaynaq işləri zamanı yanması səbəbindən baş verib. Altı il öncə gömrük xidmətinin müsadirə etdiyi ammonium nitrat limanın anbarında saxlanılırmış. Hadisə ilə əlaqədar liman administrasiyasının 16 əməkdaşı, o cümlədən direktoru saxlanılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi