Modern.az

SOCAR-ın Sumqayıtdakı zavodunda yanğın söndürüldü: 7 nəfər yaralanıb - YENİLƏNİB

SOCAR-ın Sumqayıtdakı zavodunda yanğın söndürüldü: 7 nəfər yaralanıb - YENİLƏNİB

Hadisə

7 Avqust 2020, 14:21

Sumqayıtda “Azərikimya” İstehsalat Birliyinin Etilen-polietilen zavodunda baş verən yanğın söndürülüb.

Modern.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirlib.

Qeyd edək ki, Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində SOCAR-ın “Azərkimya” İB-nın Etilen-Polietilen zavodunda baş verən yanğında 7 nəfər xəsarət alıb. 

Yaralılardan 6-ı Bakıya gətirilib. Biri isə Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

***
Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində SOCAR-ın “Azərkimya” İB-nın Etilen-Polietilen zavodunda baş verən yanğında 7 nəfər xəsarət alıb.

Modern.az xəbər verir ki, yaralılardan 6-ı Bakıya gətirilib. Biri isə Sumqayıtda Təcili Tibbi Xəstəxanasına yerləşdirilib. 

 

xxx

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində SOCAR-ın “Azərkimya” İB-nın Etilen-Polietilen zavodunda yanğın olması barədə məlumat daxil olub.

 

Nazirlikdən Modern .az-ın verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanına cəlb olunub.

 

Həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində yanğın məhdudlaşdırılıb. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Sizə yeni x var
Keçid et
İrandan Ermənistana ŞOK HƏDƏ: Bombalayacağıq!