Arxiv
10 Avqust 2020, 08:42 | MƏDƏNİYYƏT
Abayın “Qara söz”ü...

Bu gün türk dünyasının böyük mütəfəkkiri Abayın 175 yaşı tamam olur.  Modern.az saytı Abayın “Qara söz”ünü təqdim edir.


QIRX İKİNCİ SÖZ


İnsanın pis yola düşməyinin əsas səbəbi işsizlikdən başlayar. Əgər torpaqla əlləşsə və ya ticarətlə məşğul olasa, pis iş görməyə, yamanlıq etməyə vaxtı qalarmı? O auldan bu aula, birindən at soruşub, birindən bir qarın yemək alıb, tüfeyli və müftəxor həyat keçirib, bir yerdən başqa yerə söz aparıb, söz gətirib, qeybət edən, hiyləgərlik və tülkülüklə insanları bir-birinə saldıran, kimsəyə yararı toxunmayan adama nə deyəsən?

Öz zəhməti sayəsində, halal əməklələ var-dövlət qazanan əsl kişi, belə adamların hərəkətini özünə sığışdırmaz. Zəhmətkeş, əməksevər adam öz işini buraxıb, qapı-qapı gəzməz. Öz təsərrüfatında mal-heyvanı çobanlara, uşaq-muşağa tapşırıb,  Tanrının ona verdiyi ruzini az sayaraq, başqa yerdə yeni əyləncələr axtaran, ora-bura gəzən kişi də bir ev sahibi ola bilməz. Onun qazandığı var-dövlət elə etibar etdikləri tərəfindən dağıdılar, oğurlanar, qarğa-quzğuna nəsib olar ya da boranda-qarda məhv olar. O, bu itkiyə də dözəcək, lakin pis işlər görən, kiminsə evini yıxmaq üçün bir araya toplanan, gizli qərarlar verən adamların yanında olmaqdan zövq alacaq...
Belə düşünəcək ki, onların yanında olmaq toplumda görünməkdir. Əlinə bir az mal-dövlət yığan kimi, elə bilir ki, daha əli hər yerə çata bilər, evini-eşiyini, təsərrüfatını yad adamların öhdəsinə buraxıb, “Sən bunlara bax, üstündə göz ol!” əmrini verib, özü şadyanalıq etməyə, avaralanmağa, müftəxorluq edənlərlə gün keçirməyə gedəcək. İndiki adamların dərin ağlı, qazandıqları mal-dövlət, varidat ilə də öyünməli bir işləri yoxdur. Şikayət yazmaq istəyənə bir mirzəlik etmək, kimisə aldadıb, barmağına dolamaq üçün dərin ağıl lazım deyil, lakin onlar üçün bütün bunları əxz etmək və sərgiləmək şöhrət sayılır...

Bəzən bu əməllərdən başı çıxan adamı məclisdə yuxarı başda otuzdurub, ən yağlı əti onun qabağına qoyur, ən yaxşı atı ona verirlər. Bəzən belə fırıldaqçılar, varlı adamları hədəf götürüb, “Siz təki məndən nəsə istəyin, uğrunuzda özümü oda ataram”, - deyərək bir bəyi inandırıb, onun etibarını qazana bilir. Və bu hiyləgərcəsinə deyilmiş söz bəs edir ki, həmin müftəxor barmağını barmağına vurmadan, ən yaxşı atı minib, ən böyük hörmətə sahib olsun. Bu fırıldaqları edən o zəngin, özünün öz çıxarının da hesabını bilmir. “Bunu necə edim?”, - deyib, birinə ağıl öyrətmək istəsə, o, öncə özündən ağıllı birini tapıb, gizlində onun fikirlərini öyrənəcək, sonra isə ondan məsləhət istəyənin yanında özünü ağıllı göstərirmiş kimi, verdiyi sualın cavabında: “Aman Allah, siz bunu bulmirdiniz məgər? Yəni siz belə sadə bir məsələnin çıxış yolunu tapa bilmirdiniz? Oraya bunu qoy, buraya onu qoy, bu işi belə görsən olmazmı?”, - deyib, min bir hiylə və əda ilə qarşısındakı adamın etibarını qazanar, onlarda inam yaratmaq üçün bir-birindən dəhşətli yalanlar danışar, insanları bir-birinə salışdırmaqdan belə çəkinməz. Ağıllı adamlar bu əldəqayırma inteligentin sözlərinə uymaz, ondan üz çevirib gedər. Bu mənzərədən də istifadə edən, deklamasiya danışan həmin adam: “Gördünüzmü? Mən sizə demişdim, ona etibar etməyin”, - deyib, insanları özünə ram edib, inandırmağı bacarır.

İndi bir baxın, görün, indiki insanlar öz vaxtlarını və güclərini necə ucuz işlərə xərcləyir. Görün bir necə yaşayırlar?!

1898.


Tərcümə etdi: Aida Eyvazlı Göytürk

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Qarabağ veteranı olan müəllim işdən çıxarılır - O, nazirə MÜRACİƏT ETDİ 23 Sentyabr 2020, 01:36 Çempionlar Liqasında 3 oyun keçirildi - NƏTİCƏLƏR 23 Sentyabr 2020, 00:56 Türkiyədə FETÖ-yə qarşı növbəti əməliyyat 23 Sentyabr 2020, 00:38 Koronavirusa görə məhdudiyyətlər daha 6 ay uzadılıb 23 Sentyabr 2020, 00:24 Dəhşətli qəzada sürücü yol kənarına düşərək öldü - FOTO 23 Sentyabr 2020, 00:09 ABŞ Rusiya və Çinin istehsalı olan vaksinlərin tətbiqinə hazırdır 22 Sentyabr 2020, 23:35 Oğluna 1500 qonaqla toy edən deputat cəzalandırıldı - VİDEO 22 Sentyabr 2020, 23:17 Ərdoğan dünyaya səsləndi: “Ermənistan Cənubi Qafqazda sülhə ən böyük əngəldir” 22 Sentyabr 2020, 22:59 Putin Makrona nə deyib? – Telefon danışığının detalları ÜZƏ ÇIXDI 22 Sentyabr 2020, 22:48 BMT-də islahatlar zamanıdır...   22 Sentyabr 2020, 22:45 Zelenski Prezident İlham Əliyevə  zəng edib 22 Sentyabr 2020, 22:37 Daha bir məktəb koronavirusa görə distant təhsilə keçdi 22 Sentyabr 2020, 22:23 Bu gün daha 10 şagird, 7 işçi heyətdə koronavirus AŞKARLANDI 22 Sentyabr 2020, 22:09 “Kipr türk xalqını haqlı davasında heç vaxt yalnız buraxmayacağıq” - Ərdoğan 22 Sentyabr 2020, 21:53 Paytaxtda ağır qəza: 4 piyada vuruldu 22 Sentyabr 2020, 21:42 Dövlət təhsil müəssisələri fəaliyyət üçün lisenziya almayacaq 22 Sentyabr 2020, 21:31 Bakının üç rayonu  qazsız qalacaq 22 Sentyabr 2020, 21:24 Qənirə Paşayeva: “Uşaqlara ilkin tibbi yardım qaydaları öyrədilməlidir” 22 Sentyabr 2020, 21:24 Kəlbəcəri Ermənistana birləşdirəcək yolun tikintisi başlandı – FOTO 22 Sentyabr 2020, 21:20 Quba sakini intihar etdi 22 Sentyabr 2020, 21:11 Nobelçilər Baydeni dəstəkləyir 22 Sentyabr 2020, 20:59 İlham Əliyev və Ərdoğan cəbhədəki erməni təxribatını müzakirə etdilər 22 Sentyabr 2020, 20:46 Türkiyədə son sutkada daha 65 nəfər koronavirusdan öldü 22 Sentyabr 2020, 20:41 Azərbaycan diasporu Ermənistan təxribatını pisləyir 22 Sentyabr 2020, 20:30 Avropa İttifaqı nəhəng şirkətlər üzərində nəzarəti sərtləşdirir 22 Sentyabr 2020, 20:17 Göygöldə qayadan yıxılan oğlan xəstəxanada öldü 22 Sentyabr 2020, 20:04 Sahibə Qafarova: “Ermənistan böyük müharibəyə hazırlaşır” 22 Sentyabr 2020, 20:00 Xaricdən ölkəyə mobil telefonların gətirilməsi ÇƏTİNLƏŞDİRİLDİ   22 Sentyabr 2020, 19:53 Ceyhun Bayramov Portuqaliyanın Azərbaycandakı səfirini qəbul edib 22 Sentyabr 2020, 19:47 Diplomatların xaricdən Azərbaycana avtomobil gətirməsi qaydaları SƏRTLƏŞDİRİLDİ 22 Sentyabr 2020, 19:41 Xaricdə yaşayan azərbaycanlıların Avropanın media orqanlarına çıxış imkanları müzakirə olundu 22 Sentyabr 2020, 19:35 Prezident İlham Əliyev dünyanın ali tribunasından Azərbaycanın prinsipal mövqeyini bir daha bəyan etdi   22 Sentyabr 2020, 19:27 AMEA-da işçi qrup yaradıldı 22 Sentyabr 2020, 19:18 Prezident dövlət qurumunun adını DƏYİŞDİRDİ 22 Sentyabr 2020, 19:09 Energetika Nazirliyinə yeni səlahiyyət verildi 22 Sentyabr 2020, 19:00