Modern.az

Dəhşətli daşqınlar 60-dan çox can aldı

Dəhşətli daşqınlar 60-dan çox can aldı

Aktual

10 Avqust 2020, 10:22

Pakistanda musson yağışları və daşqınlar nəticəsində son 3 gün ərzində 64 nəfər həlak olub.

Modern.az-ın məlumatına görə, ən çox itki ölkənin şimal qərbindəki Xayber-Pahtunkva əyalətində qeydə alınıb.

 

Regionda yüzlərlə ev dağılıb, küçələr su altında qalıb. Əhalinin təxliyəsi üçün hərbçilər cəlb olunub.

Ölkənin iri şəhərləri, Kəraçi və Lahorda həyat iflic olub. Nəqliyyatın hərəkəti dayanıb, iş yerləri müvəqqəti bağlanıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub