Modern.az

Azərbaycan Rusiyadan koronavirus vaksini sifariş edəcək? - CAVAB

Azərbaycan Rusiyadan koronavirus vaksini sifariş edəcək? - CAVAB

12 Avqust 2020, 12:14

Ötən gün Rusiya prezidenti Vladimir Putin ölkəsinin koronavirusa qarşı ilk peyvəndi (vaksin) rəsmən qeydiyyata aldığını bildirdi. Bütün dünyada maraqla qarşılanan bu xəbər tezliklə mətbuatın gündəminə çevrildi. Daha sonra Rusiya Birbaşa İnvestisiyalar Fondunun direktoru Kiril Dmitriyev “Sputnik V” peyvəndin artıq 1 milyard doza sifariş edildiyini açıqladı.

Dmitrievin sözlərinə görə, 20 ölkə vaksini almağa maraq göstərib. Bununla belə, 5 ölkə ilə birlikdə istehsal təşkil ediləcək.

 

Bu barədə Modern.az-a danışan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva Azərbaycanın bu vaksinə maraq göstərib-göstərmədiyi haqqında sualı cavablandırıb. O qeyd edib ki, bu vaksinlər öz ölkəsində qeydiyyatdan keçib, amma dünya səviyyəsində təsdiq edilməyib:

“Bununla bağlı Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə sıx əməkdaşlıq edilir və təsdiqlənmiş vaksin olmadığına görə müzakirələr aparılır”.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!