Qarabağın sabiq qapıçısı İbrahim Şehiç Türkiyənin "Konyaspor" komandasında oynayacaq.
Modern.az xəbər verir ki, "Ərzurumspor"la müqaviləsi başa çatan İbrahim Şehiç yeni müqavilə bağlayıb.
"Konyaspor"la bosniya və herseqovinalı qapıçı ilə 3+1 illik sözləşmə imzalanıb.
Qeyd edək ki, İbrahim Şehiç "Erzurumspor"a 2018-ci ilin yayında "Qarabağ"dan keçib. O, 2015 - 2018-ci illərdə Ağdam klubunun formasını geyinib.