Modern.az

Aparıcıdan Paşinyana SƏRT SUALLAR: “Azərbaycanlılara qarşı törədilən cinayətlərə görə üzr istəyəcəksinizmi?” - VİDEO

Aparıcıdan Paşinyana SƏRT SUALLAR: “Azərbaycanlılara qarşı törədilən cinayətlərə görə üzr istəyəcəksinizmi?” - VİDEO

Dünya

14 Avqust 2020, 13:26

BBC telekanalının “Hard to Talk” verilişinin növbəti qonağı Ermənistan baş naziri Nikol Paşinyan olub.

 

Modern.az xəbər verir ki, verilişin aparıcısı Stiven Sakur sərt suallar verərək onu çətin vəziyyətə salıb.

 

Azərbaycanın Erməniastana “təcavüz” etməsindən və tez-tez mühariubə bəyanatları verməsindən danışıb amma aparıcının qəfil sualı qarşısında aciz qaldı.

 

“Cənab Paşinyan, axı siz də bir sıra təxribatçı açıqlamalar verərək Dağlıq Qarabağda gərginliyi artırmışdınız. Məsələn, Xankəndinə səfəriniz zamanı “Qarabağ-Ermənistandır” dediniz və kütləyə millətçi şüarlar səsləndirməyə  şərait yaratdınız”-deyə BBC-nin aparıcısı xatırlatma edib.

 

Paşinyan Qarabağın tarixən Ermənistan məxsus olması barədə tarixi fərziyyələr səsləndirməyə başlayan zaman isə aparıcı növbəti dəfə erməni höukmət rəhbərinə çətin sual verib.

 

“Gəlin, məsələni min illik tarixlərin kontekstində deyil, bu gününü reallıqları ilə müzakirə edək. BMT Təhlükəsizlik Şurası açıq dillə bütün erməni qoşunlarının işğal olunmuş Azərbaycan torplaqlarından qeyd-şərtsiz çıxarılmasını tələb edir. Beynəlxalq hüquqa əsasən, bu ərazilərdəki ordunuz işğalçıdır. Amma siz ora gedərək bu torplaqların sizə məxsus olduğunu elan edirsiz, siz dəqiq sülh carçısı deyilsiniz”-deyə aparı Stiven Sakur söyləyib.

 

Paşinyan bu dəfə BMT sənədlərində Ermənistan ordusunun deyil, Qarabağdakı hərbi birləşmələrin adının çəkildiyi deməklə sualdan yayınmaq istəyib.

 

 “Hard to Talk”ın aparıcısı bu dəfə Ermənidtan rəhbərliyinin Azərbaycanın işğal alıtndakı Zəngilan, Qubadlı və Xocavənd rayonlarından keçməklə Qarabağı Ermənistan birləşdirəcək yolun tikintisi barədə soruşub. “Avropa parlamentinin bu yolu incələyən deputatları bunu beynəlxalq hüququn pozulması kimi dəyərləndirib. Siz bu yolun tikintisindən imtina edəcəksiniz?”

 

Nikol Paşinyanın “bu yolu Ermənistan respublikası deyil, Dağlıq Qarabağ respublikası öz vətəndaşları üçün inşa edir” arqumenti isə aparıcıda ciddi təəccüb doğurub. Azərbaycanı iqtisadi blokadada itiiham edən baş nazirin yanaşması aparıcının narazılığı ilə üzləşib.

 

 “Sizin yanaşmanız sələflərinizin yanaşmasını xatırladır. Erməni xalqının əsas problemi ilə bağlı yeni nə təklif edirsiniz?”

 

Qeyri-konstruktiv yanaşmasını dəyişməyən Paşinyan növbəti dəfə aparıcı ilə razılaşmayıb. O, Qarabağ ermənilərini gözləyən təhlükədən və münaqişənin hərbi yolla həll varinatının olmamasından danışıb.

 

Bu məqamda, aparıcı Paşinyana həlledici zərbəni endirib və dişsiz arqumen tlərlə polemika aparan siyasətçini pərt edib.

 

“1990-cı illərdə hərbi əməliyyatlar zamanı Ermənistan hərbçiləri insan haqlarının pozulması ilə bağlı bir neçə ciddi hərbi cinayət törədib. Bu cinayətləri etiraf edərək, üzr istəməyə hazırsınız? Avropa İnsan Haqları Məhkəməsinin erməni hərçbilərin pozuntuları ilə bağlı kataloqlarlında da bu məlumatlar var.

 

Ermənistan baş naziri cavab olaraq, Sumqayıt hadisələri zamanı ermənilərin öldürülməsi barədə danışmağa başlayıb.

 

Stiven Sakurun  “Hər şey çox sadədir. Hərbi cinayətlərə görə üzr istəməyə hazırsınızmı? Ya hə deyin, ya da yox”.

 

Nikol Paşinyan əvvəlki arqumenrtlərini dəyişərək hərbi cinayət faktının sübuta yetirilməməsi və hər iki tərəfin münaqişənin qurbanı olması barədə mətləbdən kənar fikirlər söyləməyə başlayıb.

 

Müsahibə zamanı Paşinyan Robert Koçaryanın həbsi, koronavurusla bağlı ölkədə yaranmış ağır iqtisadi durum və s. barədə də sualları cavablandırmalı olub.

Modern.az müsahibənin videoyazısını da təqdim edir.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi