Modern.az

Məktəblərin açılmasını istəməyən valideyinlər var - Hikmət Hacıyev  

Məktəblərin açılmasını istəməyən valideyinlər var - Hikmət Hacıyev  

Təhsil

15 Avqust 2020, 12:17

"Mən özüm də valideynəm, görürəm ki, uşaqlar üçün də çətindir".

 

Modern.az xəbər verir ki, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev deyib. 

 

O bildirib ki, təhsil müəssisələrinin nə vaxt fəaliyyətə başlayacağı ilə bağlı konkret tarix müəyyən olunmayıb:

 

"Təhsil İnstitutu tərəfindən burada olan hər detal nəzərə alınaraq müzakirə olunur. Məktəblərin açılmasını istəyən, həmçinin açılmasından narahat olan valideynlər də var. Mən özüm də valideynəm, görürəm ki, uşaqlar üçün də çətindir. Evdə qalmaq onların kompüter oyunlarına aludəçiliyini də artırır. Bütün bunları biz də bilirik, yaşayırıq. Amma COVİD-19 virusu da bütün dünyanın üz-üzə qaldığı bir problemdir".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!