Arxiv
16 Avqust 2020, 22:59 | MEDİA
Paşinyanı rəzil duruma salan jurnalistin STALİN HİTLERƏ sualları var

BBC –nin hər buraxılışı dünya üzrə 60-80 milyon insan tərəfindən izlənilən məşhur "HARDtalk" proqramının müəllifi və aparıcısı, dünyanın nüfuzlu siyasi xadimlərini kəskin sualları ilə “divara dirəyən, bu günlərdə Ermənistanın baş naziri Nikol Paşinyanı da sualları ilə rəzil duruma salan  Stiven Sakur özü də zaman-zaman sosial şəbəkələrdə izləyicilərinin suallarını cavablandırır. Ona daha çox sual ünvanlayanlar isə təbii ki, ustad televiziyaçının təcrbəsindən bəhrələnmək istəyən jurnalistlər olur. 

Modern.az məşhur jurnalistin suallara cavabından bir neçəsini təqdim edirik.



SUAL: Əgər müsahibin söz ehtiyatı azdırsa, qısa və yığcam danışırsa, buna paralel olaraq verilişin sona çatmasına da  xeyli qalmasına baxmayaraq suallar da tükənibsə, Siz necə hərəkət edirsiniz?

CAVAB: Mənim suallarım heç zaman tükənmir! Mən düşünürəm  müsahibə sırasında jurnalistin yeni sual və mövzuları ortaya çıxmalıdır. Bu bacarq jurnalistdə varsa, müsahibin əgər başlanğıcda ətraflı danşmaq həvəsi olmasa,  belə sonradan bu həvəs yaranır.

SUAL: Heç olubmu ki, bir sual vermək istəmisiniz, amma bu barədə sual verməyin etik olmadığınıı, belə bir şeyi soruşmağın dəhşətli olduğunu düşünmüsünüz və nəticədə bu sual verilməyib. Yoxsa Siz heç bir vaxt belə bir vəziyyətə düşməmisiniz?
Əgər insan verilən suala dəqiq cavab vermirsə, sualdan yayınırsa, onda konkret cavabı almaq üçün hansı hallarda müsahibi növbəti suallarla “sıxışdırmaq” lazımdır.  Və hansı halda “sıxışdırma” suallarını dayandırıb növbəti suala keçmək lazımdır?

CAVAB: Əgər görsəm ki, sual yersiz və kobud alınır, mən təbii ki, o sualı vermirəm.  Amma məhz müsahibin hisslərinə toxunduğuna görə sualdan imtina edib – etmədiyimi soruşursunuzsa, buna cavabım “xeyr” olacaq. Ən azı o hallarda ki, mən müsahibə götürdüyüm siyasətçi və dövlət xadimlərindən  istədiyim bütün məlumatları əldə etməliyəm. Yox əgər müsahibim şəxsi faciəsi olan birisi, keçmiş girov və ya dəhşətli cinayət qurbanının yaxınıdırsa, o zaman mən insanların yaralı yerlərinə toxunub-toxunmayacağıma diqqət edirəm... Amma konkret suala konkret cavab almaq vacibdir. Mən sualımı o zamana qədər təkrar edə bilərəm ki, auditoriya müsahibimin suala birmənalı olaraq cavab vermək istəmədiyini anlasın. Bu halda tamaşaçılar özləri nəticə çıxara bilirlər.

SUAL: Müsahibiniz hər cəhdlə sualdan yayındığı zaman daxili əsəb gərginliyi keçirirsinizmi? Ümumiyyətlə, bu vəziyyətlərdə nə kimi hisslər keçirirsiniz?

СAVAB:  “HardTalk”da müsahibə başlayan zaman mən, adətən, həyəcanlanmıram.  Amma görsəm ki, müsahib birbaşa cavabdan qaçır, o zaman mən istədiyim cavabı almaq üçün başqa üslublara əl atıram. Etiraf edim ki, buna heç də həmişə nail ola bilmirəm, amma bu cür intellektual çağırışlar çox xoşuma gəlir.

SUAL: Nüfuzlu siyasi xadimlərin qarşısında bu cür israrçı davranmaq Sizi qorxutmurmu?

CAVAB: Öz işimlə məşğul oluramsa, məni heç nə qorxutmur. Amma studiyanı tərk edərkən msahibənin yaxşı alınmadığını anlayıramsa,  o zaman ciddi xəyal qırıqlığı yaşayıram.

SUAL:  Peskovla (Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov—A.B) müsahibədən sonra hansı hissləri keçirdiniz? Onun vəziyyətdən çıxmaq bacarığı Sizi heyrətləndirdimi?

CAVAB:  Mən Peskovun cavablarından şoka düşmədim. O, çox təcrübəli mətbuat katibidr və sözlərlə manipulyasiya etmək sahəsində ustadır. Peskov öz mövqeyini müdafiə etməyi çox gözəl bacarır. Putin boşuna ona etibar etmir.


SUAL: Vladimir Putindən müsahibə götürməyi düşünürsünüzmü? Belə bir planınız varsa, nə vaxta nəzərdə tutursunuz?

CAVAB: Putindən müsahibə götürməyi çox istəyirəm və bu arzumu Peskov və Lavrov vasitəsilə də çatdırmışam. Amma, hələlik, Kremldən müsbət cavab almamışam.

SUAL: Necə bir ailədən çıxmısınız? Harada və nə təhsili almısınız? Peşəkar fəaiyyətinizlə yanaşı maraq dairənizə daha nələr daxildir?

СAVAB: Mən İngiltərənin şərqində bir kənddə fermer ailəsində böymüşəm. Kənddən çıxıb getmək istəyirdim. Ona görə də jurnalist olmağa qərar verdim. Fermer işi ilə məşğul olmaq çətindir.  Mən Kembric və Harvardda tarix üzrə təhsil almışam. Maraq dairəm genişdir – ailə, idman, xüsusilə də futbol və tennis, kino, teatr, incəsənət, bağçılıq.  Bağda çalışmağı sevirəm, hesab edirəm ki, bağçılıq insan sağlamlığı üçün çox faydalıdır. Mən, həmçinin, səyahət etməyi də çox sevirəm.

SUAL: Keçmişdən kimlərdən müsahibə götürmək istərdiniz?

CAVAB: XX əsrin triumviratı – Stalin, Hitler və Maoya çox sualım var.


Tərcümə: Azadə Balayeva

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Rusiya XİN Arturla bağlı məlumat yaydı 24 Oktyabr 2020, 19:05 Bielefelddə Gəncə terroruna qarşı etiraz yürüşü keçirilib - FOTO 24 Oktyabr 2020, 19:00 Düşmən qüvvələrindən əsir götürülənlər var - Müdafiə Nazirliyi 24 Oktyabr 2020, 18:50 Sabiq nazir:Hazırda bölgədə 3 tərəf var - Ermənistan, Azərbaycan və koronavirus”  24 Oktyabr 2020, 18:47 Paşinyandan sonra Mnatsakanyan da məşhur TV-də biabır olub 24 Oktyabr 2020, 18:37 Azərbaycan-Nyu-York Assosiasiyasının rəhbəri Amerika Nümayəndələr Palatasının üzvü ilə görüşüb   24 Oktyabr 2020, 18:30 “Amerikanın səsi” üzr istədi - FOTO 24 Oktyabr 2020, 18:28 Gəncə terrorunun qurbanları Hamburq və Frankfurtda yad edilib - FOTO 24 Oktyabr 2020, 18:23 “Ən böyük xəyalım Türkiyə və Azərbaycanı tək dövlət görməkdir” - İlker Başbuğ  24 Oktyabr 2020, 18:16 Bayrağımız Şuşada, Ağdərədə və digər işğalda olan torpaqlarda dalğalandıracağıq - VİDEO 24 Oktyabr 2020, 18:09 Gəncədə 10 qadın və 6 uşaq olmaqla 26 nəfər həlak olub - Baş Prokurorluq 24 Oktyabr 2020, 18:00 Azərbaycandan erməni əsgər və könüllülərə - “Təslim olun!” 24 Oktyabr 2020, 17:54 Parlament jurnalistləri yeni layihə reallaşdırıb 24 Oktyabr 2020, 17:48 Parisdəki Azərbaycan Evinin rəhbəri “Sputnik Frans”a müsahibə verib   24 Oktyabr 2020, 17:42 Hikmət Hacıyev Ermənistan ərazisindən Azərbaycanın ərazisinə hücumlardan DANIŞDI 24 Oktyabr 2020, 17:36 Müdafiə Nazirliyindən ermənilərə müraciət - işğal olunmuş ərazilərdə hərbi obyektlərdən uzaq durun 24 Oktyabr 2020, 17:30 Həlak olan mülki şəxslərin sayı 65-ə çatdı - 297 nəfər yaralandı 24 Oktyabr 2020, 17:25 “Ermənilərin bizim torpaqda qalmalarına icazə verməməliyik” - Elman Məmmədov 24 Oktyabr 2020, 17:20 Qax və Zaqatalanın giriş-çıxışlarında karantin postları quruldu - FOTO 24 Oktyabr 2020, 17:14 Bruney Şahzadəsi vəfat edib 24 Oktyabr 2020, 17:07 Rusiya səfirliyindən Gəncə terrorunun qurbanı olan yeniyetmə ilə bağlı açıqlama 24 Oktyabr 2020, 17:00 Artilleriya bölmələrimiz düşmənə sarsıdıcı zərbələr endirdi - VİDEO 24 Oktyabr 2020, 16:51 Fransanın məşhur “AGORA VOX Le media citoyen” informasiya portalında Qarabağla bağlı məqalə dərc olunub 24 Oktyabr 2020, 16:49 Ağlını itirmiş rəhbər və ya Paşinyanın “parkinson xəstəliyi” 24 Oktyabr 2020, 16:44 Xarkov vilayətində Azərbaycanın Milli Qəhrəmanı Ruslan Polovinka yad edilib 24 Oktyabr 2020, 16:36 Düşmən növbəti itkilərinin sayını açıqladı - SİYAHI 24 Oktyabr 2020, 16:33 Müdafiə Nazirliyindən yayılan saxta videolarla bağlı AÇIQLAMA 24 Oktyabr 2020, 16:31 “Bu səhər İlham Əliyevlə danışdım” - Ərdoğan 24 Oktyabr 2020, 16:25 Şəhid hərbçilərin və həlak olan mülki şəxslərin kreditləri TAM SİLİNDİ 24 Oktyabr 2020, 16:19 Düşmənin məqsədi ordumuzun Ermənistan ərazisinə atəş açmağa təhrik etməkdir - Hikmət Hacıyev 24 Oktyabr 2020, 16:16 Düşmənin növbəti PUA-sı məhv edildi 24 Oktyabr 2020, 16:10 Ordu irəliləyir, Prezident müjdələr verir, üzümüz gülür... 24 Oktyabr 2020, 16:03 Serbiyanın “Natsionalna TV” kanalında ölkəmizdən danışılıb 24 Oktyabr 2020, 15:57 Ordumuz Qubadlıda düşmənin döyüş təyarəsini MƏHV ETDİ 24 Oktyabr 2020, 15:50 Baş Prokurorluqdan hərbçilərin videosunu paylaşanlara XƏBƏRDARLIQ 24 Oktyabr 2020, 15:42