Sosial şəbəkələrdə AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəylinin məlum toy məclisində iştirak etməsi barədə yayılan məlumatlar reallığı əks etdirmir.
Modern.az xəbər verir ki, bu haqda AMEA-nın İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsi açıqlama yayıb.
"Akademik İsa Həbibbəyli 18 avqust 2020-ci il tarixdə saat 13-də Bakıdan-Naxçıvana uçan təyyarə reysi ilə Naxçıvana getmiş, həmin axşam Şərur rayonunun Danyeri kəndində ata ocağında olmuşdur. Məzuniyyət dövrünə aid olduğu üçün 24 avqustadək Naxçıvanda qalmışdır".