Modern.az

Koronavirusa qarşı həşərat hüceyrələrindən vaksin hazırlandı

Koronavirusa qarşı həşərat hüceyrələrindən vaksin hazırlandı

27 Avqust 2020, 09:06

Çin hökuməti həşərat hüceyrələrindən hazırlanmış koronavirus peyvəndini könüllülər üzərində sınağına icazə verib.

 

Modern.az xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

 

Agentliyin yaydığı məlumatda qeyd olunur ki, dovşanlar və primatlar üzərində aparılan sınaqlar zamanı məlum olub ki, preparat 7-14 gün ərzində yan təsirlər olmadan orqanizmdə koronavirus infeksiyasına qarşı immunitet yaratmaq iqtidarındadır.

 

Qeyd olunur ki, Çin ilk dəfədir ki, həşərat hüceyrələrindən hazırlanmış peyvəndin sınağını həyata keçirir. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
DTX-dən ƏMƏLİYYAT - Daha bir vəzifəli şəxs saxlanıldı