Modern.az

Türkiyədəki Azərbaycan məktəbinin müdiri: “Burda təhsildən kənarda qalan yüzlərlə uşağımız var”

Türkiyədəki Azərbaycan məktəbinin müdiri: “Burda təhsildən kənarda qalan yüzlərlə uşağımız var”

Təhsil

1 Sentyabr 2020, 12:59

Xəbər verdiyimiz kimi, Türkiyədə yaşayan azərbaycanlı jurnalist Məhsəti Şərif İstanbulda Mübariz İbrahimov adına Azərbaycan məktəbinin müdiri vəzifəsinə təyin edilib.

Məhsəti Şərif Modern.az-a açıqlamasında bildirib ki, şəhid Mübariz İbrahimov adına Azərbaycan məktəbi 4-cü ildir ki, fəaliyyət göstərir:

“Məktəb əvvəl çox az uşaqla kurs şəklində Azərbaycan Təhsil və mədəniyyət dərnəyi nəzdində fəaliyyətə başlayıb. Sonra uşaqlar və istəklər artdıqca, məktəb böyüyüb. Məktəb dərnəyin rəhbəri Aygün Həsənoğlu və məktəbin məndən əvvəlki müdiri İxtiyar Abdalovun təşəbbüsü ilə yaradılıb”.


Azərbaycanlı jurnalistin sözlərinə görə, məqsəd  uşaqları təhsilə cəlb etməkdir:

“Çünki Türkiyədə onminlərlə azərbaycanlı yaşayır. Təəssüf ki, sənədsiz yaşayan və təhsildən kənarda qalan yüzlərlə uşağımız var. Elə uşaq var ki, 10 yaşına çatıb, hələ birinci sinfə indi gəlir”.


Məhsəti Şərif məktəbdə təhsil almaq üçün müraciətlərin çox olduğunu qeyd edib:

“Hazırda məktəbimizdə  170 uşaq var. Eyni zamanda, məktəbdə təhsil almaq üçün müraciət edən soydaşlarımız çoxdur. Güman ki, bu müraciətlərin sayı daha da artacaq”.

Dərslərin hansı qaydada keçirilməsinə gəlincə, məktəbin müdiri bildirib ki, qaydalara uyğun olaraq dünəndən onlayn dərslərə başlanılıb:

“Sentyabrın 21-də isə üz-üzə təhsilə başlayacağıq. Müəllimlərimiz uaşqları öz fənləri üzrə qruplara bölərək dərs verir. Mən isə bir ildir ki, məktəbdə işləyirdim”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı