Modern.az

Sürücülük etdiyini deyən direktora TÖHMƏT VERDİLDİ

Sürücülük etdiyini deyən direktora TÖHMƏT VERDİLDİ

1 Sentyabr 2020, 15:52

Avtobus sürücüsü işlədiyi barədə sosial şəbəkələrdə şəkil yayan Saatlı rayon Yeni Novruzlu kənd tam orta məktəbinin direktoru Elnur Rzayevə töhmət verilib.

Bu barədə Modern.az-a Təhsil Nazirliyindən məlumat verilib.

Bildirlib ki, "Müəllimlərin etik davranış Qaydaları"nı  pozduğuna görə Saatlı rayonu Yeni Novruzlu kənd tam orta məktəbinin direktoru Elnur Rzayevə Təhsil nazirinin müvafiq əmri ilə töhmət verilib.

Xatırladaq ki, Saatlı rayonu Yeni Novruzlu kənd orta məktəbinin direktoru Elnur Rzayev sosial şəbəkədə yaydığı məlumatda məzuniyyət vaxtı avtobus sürücüsü işlədiyini qeyd edərək, avtobus sükanı arxasında şəkil paylaşmışdı.

Həmin paylaşımdan sonra Bakı Nəqliyyat Agentliyi məlumat yayaraq “BakuBus” MMC-də belə bir şəxsin işləmədiyini bildirmişdi.

Sonradan paylaşımı silən E.Rzayev bunu elə-beə etdiyini söyləmişdi.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər