Modern.az

Son bir sutkada 149 nəfər koronavirusdan SAĞALDI

Son bir sutkada 149 nəfər koronavirusdan SAĞALDI

Hadisə

13 Sentyabr 2020, 18:44

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 155 yeni yoluxma faktı qeydə alınıb, 149 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

Azərbaycanda indiyədək, ümumilikdə, 38 327 nəfər koronavirus infeksiyasına yoluxub.

Onlardan 35 756 nəfər müalicə olunaraq sağalıb, 562 nəfər vəfat edib, aktiv xəstə sayı 2009 nəfərdir.

Ölkədə son sutka ərzində 6751, hazırkı dövrədək isə 1 009 478 test aparılıb.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar