Modern.az

Zelenski Putinlə yeni görüşünün anonsunu verdi

Zelenski Putinlə yeni görüşünün anonsunu verdi

15 Sentyabr 2020, 17:16

Ukrayna prezidenti Vladimir Zelenski avstriyalı həmkarı Aleksandr Van der Bellenlə görüşüb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, görüşdən sonra danışan Zelenski Donbas münaqişəsi ilə bağlı “Normand dördülüyü”nün yeni sammitinin olacağını elan edib.

Görüş olacaq. Söz verə bilmərəm, amma 10 gündən sonra məsləhətçilərin görüşü baş tutacaq, ardınca isə liderlərin “Normand dördlüyü” çərçivəsində danışıqları başlayacaq”.

 

O, Ukrayna, Rusiya, Almaniya və Fransa liderlərinin Donbas regionunda ilk növbədə atəşkəsin qorunmasını müzakirə edəcəklərini deyib. Sonuncu dəfə “Normand dördlüyü” 2019-cu il dekbarın 9-da Parisdə toplanmışdı.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir