Arxiv
23 Sentyabr 2020, 10:55 | TƏHSİL
Onlayn təhsil, Təhsil Nazirliyinin ajiotaj yaradan statistikası, məktəblərin yenidən bağlanma TƏHLÜKƏSİ

Aylardır davam edən pandemiyanın ən çox zərər verdiyi sahələrdən biri də təhsil sektorudur. Tədris ili başlayandan valideynlər günü “WhatsApp” qruplarındakı  “Müəllim, mən qoşula bilmirəm”, “Kod-parolu yazın”, “Məni qəbul edin”, “Mən virtuala girə bilmirəm” tipli mesajlarla açırlar. “Ellə gələn toy-bayramdır” deyimini əsas götürüb övladın üçün birtəhər dözürsən, amma nəticələr göstərir ki, şagirdlər onlayn təhsildən faydalana bilmirlər. Bu təhsil forması həm müəllimlər, həm şagirdlər, həm də qruplardakı yazışmaları oxumaq məcburiyyətində qalan valideynlər üçün vaxt itkisindən başqa bir şey deyil. Təhsil Nazirliyi isə  artıq iki gündür məktəblərdə işçilər və şagirdlər arasında yoluxma statistikası gərgin ortamı daha da gərginləşdirir, yersiz ajiotaj yaradır.

 

Bu barədə Modern.az-a danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, 2020-2021-ci tədris ilinin onlayn dəsrlərlə başlaması o qədər də uğurlu alınmayacaq.

 

K.Əsədov qeyd edib ki, pandemiya dövründə tədris prosesinin dayandırılması və təhsilalanların həmin dövr üçün ən alternativ olan onlayn distant təhsilə keçməsi vacib idi:

 

“Amma etiraf edək ki, şagirdlər 2019-cu ildə şagirdlər məktəbə ənənəvi qaydada gəldiklərindən onlayn tədrisə keçid o qədər də ciddi problem yaratmadı. Həm də nəzərə alaq ki, artıq tədris ilinin sonuna 3 ay vaxt qalmışdı.

 

Hazırda onlayn tədrislə müqayisədə dərslərin həftədə 2-3 dəfə keçirilməsi  ümidverici haldır. Amma bu, iki problemi həll etməyəcək. Birincisi yoluxma sayını azalmır, əksinə getdikcə bizi çox ciddi təhlükə gözləyir. İkincisi, bu gün məktəblərin qarşısında apardığımız monitorinqlər göstərir ki, valideynlər məktəblərin daxilinə buraxılmasa da, təhsil müəssisələrinin qarşısında böyük sıxlıq yaradırlar. Bir sözlə məktəblərin qarşısında sosial məsafənin gözlənilməsilə bağlı iş aparılmır. Bunun üçün ən azından nişan və işarələrdən istifadə etmək olar”.

 

 

 

“Müəllimlərin çoxu ZOOM, Microsoft Teams-in nə olduğunu bilmir”

 

Ekspert bildirib ki, istənilən halda onlayn təhsil effekt vermir:

 

“Ona görə ki, ölkədəki 1,6 milyon şagirdin heç də hamısının planşeti, telefonu, kompüteri, internetə çıxış imkanı yoxdur. Ən azından ehtiyaclılar dövlət tərəfindən təmin edilməlidir. Şagirdlərə sürətli internet verilməlidir. Bundan sonra şagirdlər üçün onlayn təhsil əlçatan olacaq. Təbii ki, söhbət təkcə şagirdlərdən getmir, müəllimlərimiz də eyni problemlərlə üz-üzədirlər. Müəllimlərimizin 37 faizinin yaşı 60-dan yuxarıdır və onlar risk qrupundadırlar.

 

Böyük əksəriyyət Microsoft Teams, ZOOM, Skipe proqramlarının adını məhz pandemiya vaxtı öyrəniblər, hələ də çoxu bunlardan istifadə edə bilmirlər. Təəssüf ki, Təhsil Nazirliyi müəllimlər üçün təlim keçmədən onları onlayn dərslərə qoşur. Bu düzgün yanaşma deyil. Yaxud bir çox məktəblərdə müəllimlərin əksəriyyətinin yaşı 60-dan yuxarı olduğu üçün ənənəvi dərs keçə bilmirlər. Hazırda bizim təhsilimiz gərgin bir dövrdədir. Ümid edirik ki, qısa müddətdə şagirdlər planşetlərlə təmin edilərlərsə, onlar üçün təhsilin əlçatanlığı mümkün ola bilər”.

 

“Belə getsə məktəblər yenidən bağlanacaq”

 

Məktəblərdə şagird və müəllimlər arasında yoluxanların olmasına gəlincə, K.Əsədov deyib ki, bu, gözlənilən idi:

 

“Təhsil Nazirliyi nə pandemiya başlayanda, nə də indiki məqamda ciddi addım atmayıb. Məktəblərdə qabaqlayıcı tədbirlər görülməli idi. Məktəblərdə müəllimlər, şagirdlər, teniki işçilər üçün giriş fərqli istiqamətlərdən olmalıdır. Əks təqdirdə məktəblər yenidən bağlanacaq və biz hələ uzun müddət onlayn təhsillə davam etmək məcburiyyətində qalacağıq”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycan-Nyu-York Assosiasiyasının rəhbəri Amerika Nümayəndələr Palatasının üzvü ilə görüşüb   24 Oktyabr 2020, 18:30 “Amerikanın səsi” üzr istədi - FOTO 24 Oktyabr 2020, 18:28 Gəncə terrorunun qurbanları Hamburq və Frankfurtda yad edilib - FOTO 24 Oktyabr 2020, 18:23 “Ən böyük xəyalım Türkiyə və Azərbaycanı tək dövlət görməkdir” - İlker Başbuğ  24 Oktyabr 2020, 18:16 Bayrağımız Şuşada, Ağdərədə və digər işğalda olan torpaqlarda dalğalandıracağıq - VİDEO 24 Oktyabr 2020, 18:09 Gəncədə 10 qadın və 6 uşaq olmaqla 26 nəfər həlak olub - Baş Prokurorluq 24 Oktyabr 2020, 18:00 Azərbaycandan erməni əsgər və könüllülərə - “Təslim olun!” 24 Oktyabr 2020, 17:54 Parlament jurnalistləri yeni layihə reallaşdırıb 24 Oktyabr 2020, 17:48 Parisdəki Azərbaycan Evinin rəhbəri “Sputnik Frans”a müsahibə verib   24 Oktyabr 2020, 17:42 Hikmət Hacıyev Ermənistan ərazisindən Azərbaycanın ərazisinə hücumlardan DANIŞDI 24 Oktyabr 2020, 17:36 Müdafiə Nazirliyindən ermənilərə müraciət - işğal olunmuş ərazilərdə hərbi obyektlərdən uzaq durun 24 Oktyabr 2020, 17:30 Həlak olan mülki şəxslərin sayı 65-ə çatdı - 297 nəfər yaralandı 24 Oktyabr 2020, 17:25 “Ermənilərin bizim torpaqda qalmalarına icazə verməməliyik” - Elman Məmmədov 24 Oktyabr 2020, 17:20 Qax və Zaqatalanın giriş-çıxışlarında karantin postları quruldu - FOTO 24 Oktyabr 2020, 17:14 Bruney Şahzadəsi vəfat edib 24 Oktyabr 2020, 17:07 Rusiya səfirliyindən Gəncə terrorunun qurbanı olan yeniyetmə ilə bağlı açıqlama 24 Oktyabr 2020, 17:00 Artilleriya bölmələrimiz düşmənə sarsıdıcı zərbələr endirdi - VİDEO 24 Oktyabr 2020, 16:51 Fransanın məşhur “AGORA VOX Le media citoyen” informasiya portalında Qarabağla bağlı məqalə dərc olunub 24 Oktyabr 2020, 16:49 Ağlını itirmiş rəhbər və ya Paşinyanın “parkinson xəstəliyi” 24 Oktyabr 2020, 16:44 Xarkov vilayətində Azərbaycanın Milli Qəhrəmanı Ruslan Polovinka yad edilib 24 Oktyabr 2020, 16:36 Düşmən növbəti itkilərinin sayını açıqladı - SİYAHI 24 Oktyabr 2020, 16:33 Müdafiə Nazirliyindən yayılan saxta videolarla bağlı AÇIQLAMA 24 Oktyabr 2020, 16:31 “Bu səhər İlham Əliyevlə danışdım” - Ərdoğan 24 Oktyabr 2020, 16:25 Şəhid hərbçilərin və həlak olan mülki şəxslərin kreditləri TAM SİLİNDİ 24 Oktyabr 2020, 16:19 Düşmənin məqsədi ordumuzun Ermənistan ərazisinə atəş açmağa təhrik etməkdir - Hikmət Hacıyev 24 Oktyabr 2020, 16:16 Düşmənin növbəti PUA-sı məhv edildi 24 Oktyabr 2020, 16:10 Ordu irəliləyir, Prezident müjdələr verir, üzümüz gülür... 24 Oktyabr 2020, 16:03 Serbiyanın “Natsionalna TV” kanalında ölkəmizdən danışılıb 24 Oktyabr 2020, 15:57 Ordumuz Qubadlıda düşmənin döyüş təyarəsini MƏHV ETDİ 24 Oktyabr 2020, 15:50 Baş Prokurorluqdan hərbçilərin videosunu paylaşanlara XƏBƏRDARLIQ 24 Oktyabr 2020, 15:42 Azərbaycanda yaşanan işğal faktorunun arxasında Fransa da var - Ərdoğan 24 Oktyabr 2020, 15:35 Azərbaycanda daha 792 nəfər koronavirusa yoluxdu - 8 nəfər öldü 24 Oktyabr 2020, 15:28 Bayrağımız Şuşada dalğalancaq! - VİDEO 24 Oktyabr 2020, 15:20 Azərbaycan öz torpaqlarını geri almağa başlayıb - Ərdoğan 24 Oktyabr 2020, 15:12 Mətbuat Şurası beynəlxalq təşkilatlara müraciət etdi 24 Oktyabr 2020, 15:05