Modern.az

DTX tərəfindən tutulan XİN-in iki əməkdaşı məhkəməyə müraciət etdi  

DTX tərəfindən tutulan XİN-in iki əməkdaşı məhkəməyə müraciət etdi  

26 Sentyabr 2020, 09:24

Xarici İşlər Nazirliyinin (XİN) Konsulluq İdarəsinin əməkdaşı İlqar Əliyev və Konsulluq idarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayev məhkəməyə müraciət ediblər.

 

Modern.az-ın məlumatına görə, sabiq XİN əməkdaşlarının həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi ilə bağlı şikayətlərinə bugün Səbail rayon Məhkəməsində hakim Şəhla Süleymanovanın sədrliyi ilə baxılacaq.

 

Qeyd edək ki, İlqar Əliyev və Nurupaşa Abdullayev DTX tərəfindən saxlanılıb. Səbail rayon Məhkəməsinin qərarı ilə barələrində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir