Modern.az

Düşmən Goranboyu artilleriya atəşinə tutub - Müdafiə Nazirliyi

Düşmən Goranboyu artilleriya atəşinə tutub - Müdafiə Nazirliyi

28 Sentyabr 2020, 19:29

Düşmən Goranboy rayonunun Yuxarı Ağcakənd və Qaramusalı kəndlərini artilleriya atəşinə məruz qoyub.

 

Modern.az-ın məlumatına görə, bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib.

 

Onun sözlərinə görə, mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyməyib: "Kənd sakinləri arasında itki yoxdur".

 

V. Dərgahlı bildirib ki, düşmənə qarşı bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı