Modern.az

Arif Babayev insult keçirib

Arif Babayev insult keçirib

Mədəniyyət

29 Sentyabr 2020, 14:00

Xalq artisti Arif Babayev bir neçə gün əvvəl insult keçirib. Bunu Modern.az-a açıqlamasında Xalq artisti Mənsum İbrahimov bildirib.

M.İbrahimov hazırda Xalq artistinin Mərkəzi Klinikanın reanimasiya şöbəsində müalicə aldığını deyib:

“Tez-tez əlaqə saxlayıram, vəziyyəti stabildir, inşallah tezliklə evə yazılar”. 

Onun sözləinə görə, hazırda Arif Babayev üçün ən yaxşı dərman Ağdamın işğaldan azad edilməsidir:

“Allah ordumuza güc versin. İnşallah Arif müəllim də xəstə yatağından qələbə xəbərilə qalxar”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI