Arxiv
29 Sentyabr 2020, 18:36 | AKTUAL
İlham Əliyev dövlət və hökumət başçılarının toplantısında çıxış etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “COVID-19 dövrü və sonrakı dönəmdə Dayanıqlı İnkişaf Məqsədlərinin 2030-cu il Gündəliyinin maliyyələşdirilməsi” mövzusunda dövlət və hökumət başçılarının toplantısında videoformatda çıxış edib.

 

Modern.az xəbər verir ki, dövlətimizin başçısının çıxışı 2020-ci il 25 sentyabr tarixində çəkilib.

 

Prezident İlham Əliyevin çıxışı

 

Cənab Baş katib.

 

Hörmətli dövlət və hökumət başçıları.

 

Azərbaycan “Dayanıqlı İnkişaf Məqsədləri”nin icrasına mühüm əhəmiyyət verir.

 

Biz 2016-cı ildə əsas vəzifəsi milli prioritetlərin müəyyən edilməsindən, müxtəlif dövlət proqram və strategiyalarının “Dayanıqlı İnkişaf Məqsədləri” ilə uzlaşdırılmasından ibarət olan Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası təsis etmişik.

 

Azərbaycan “Minilliyin İnkişaf Məqsədləri”nə nail olmuş, “Dayanıqlı İnkişaf Məqsədləri”nin icrasında isə ciddi irəliləyiş əldə etmişdir.

 

Bizim nailiyyətimiz “2020-ci il üzrə Dayanıqlı İnkişaf Hesabatı”nda əks olunmuşdur. Belə ki, oradakı “Dayanıqlı İnkişaf Hədəfləri İndeksi”nə görə Azərbaycan 166 ölkə arasında 54-cü pillədə qərarlaşmışdır.

 

Azərbaycan BMT-yə iki dəfə könüllü milli hesabat təqdim edən azsaylı ölkələrdən biridir.

 

Azərbaycanın iqtisadiyyatı sürətlə inkişaf etmişdir. Son 17 il ərzində ümumi daxili məhsul 3 dəfə artmışdır. Azərbaycanda yoxsulluq son 17 il ərzində 49 faizdən 5 faizə enmişdir.

 

Azərbaycanın xarici dövlət borcu dünyada ən aşağı səviyyələrdədir, ümumi daxili məhsulun təqribən 20 faizini təşkil edir. Bu göstəriciyə görə Azərbaycan dünyada 9-cu yerdədir. Neft ixrac edən dövlətlər arasında ən az xarici dövlət borcu olan Azərbaycandır.

 

Azərbaycanın valyuta ehtiyatları xarici dövlət borcundan 6 dəfə çoxdur.

 

Son 17 ildə Azərbaycanın iqtisadiyyatına 260 milyard dollardan çox sərmayə yatırılmışdır. Beynəlxalq Valyuta Fondunun statistikasına görə, hazırda Azərbaycan iqtisadiyyatı alıcılıq qabiliyyəti paritetinə görə Cənubi Qafqaz regionunun ümumi iqtisadiyyatının 70 faizini təşkil edir.

 

Azərbaycan enerji sahəsindən əldə olunan gəlirlərin indiki və gələcək nəsillər arasında ədalətli bölgüsünə xüsusi əhəmiyyət verir. Bu məqsədlə 1999-cu ildə Dövlət Neft Fondu yaradılmışdır. Yaranma vaxtı aktivlərinin 270 milyon dollar təşkil etdiyi Fondun bu günə olan aktivlərinin həcmi ölkənin ümumi daxili məhsulunu üstələyir. Azərbaycan gəlirlərin ədalətli bölgüsünün səviyyəsinə görə dünya üzrə ən yüksək pillələrdədir.

 

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ölkə ərazisinin 20 faizinin işğalı ilə nəticələnmişdir. İşğal nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Azərbaycan qaçqın və məcburi köçkünlərin həyat və yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində çox böyük işlər görmüşdür. Bu həssas qrupdan olan şəxslərin ehtiyaclarının təmin edilməsi üçün bu günədək 8 milyard manata yaxın və ya təqribən 5 milyard dollar həcmində vəsait sərf edilmişdir. 300 mindən artıq məcburi köçkün pulsuz ev və mənzillərlə təmin olunmuşdur.

 

Torpaqlarımızın Ermənistan tərəfindən işğalı nəticəsində meydana gəlmiş çətinliklər səbəbindən Azərbaycan müstəqilliyinin ilk illərində beynəlxalq ictimaiyyətdən humanitar yardım qəbul edirdi. Daha sonra isə Azərbaycan özü donor ölkəyə çevrildi. Son 15 ildə Azərbaycan 120-yə yaxın ölkəyə maliyyə və humanitar yardımı göstərmişdir.

 

COVID-19 pandemiyası dünyanın bütün ölkələrinə mənfi təsir göstərmişdir. Milyonlarla insanın kəskin yoxsulluq vəziyyətinə düşəcəyi gözləniləndir.

 

Pandemiya bizim iqtisadiyyata da təsir etmişdir. Pandemiya dövründə dövlət gəlirlərinin azalmasına baxmayaraq, hökumət iş yerlərinin və səhiyyənin qorunması, habelə iqtisadi inkişafı təmin etmək məqsədilə ümumi daxili məhsulun 3 faizi həcmində maliyyə vəsaiti ayırmışdır.

 

Pandemiyanın fəsadlarının aradan qaldırılması, iqtisadi sabitlik, makroiqtisadi və maliyyə dayanıqlığının təmin edilməsi, işsizlik probleminin həlli məqsədilə 2 milyard dollar həcmində iqtisadi-sosial yardım paketi təqdim edilmişdir. Sosial dəstək tədbirləri təqribən 5 milyon vətəndaşı, yəni, ölkə əhalisinin yarısını əhatə edir.

 

Pandemiya ilə mübarizənin maliyyələşdirilməsi xarici maliyyə yardımı olmadan, yalnız daxili mənbələr hesabına həyata keçirilir. Bundan əlavə, Azərbaycan COVID-19 ilə bağlı 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı göstərib.

 

Pandemiyadan sonrakı dövrdə bizim əsas prioritetlərimiz – iqtisadi inkişafı, iqtisadi və maliyyə sabitliyini təmin etmək, sağlam və rəqabətqabiliyyətli insan kapitalını daha da inkişaf etdirmək, dayanıqlı iş yerləri yaratmaq və iqtisadi fəaliyyətin yeni sahələrini inkişaf etdirməkdən ibarətdir.

 

Bəşəriyyət pandemiyaya qarşı mübarizə və onun fəsadlarının aradan qaldırılmasına yalnız həmrəylik və birgə səylər sayəsində nail ola bilər. Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan BMT Baş Assambleyasının koronavirusa qarşı mübarizə üzrə Xüsusi Sessiyasının keçirilməsini təklif etmişdir. Bu təşəbbüs BMT-nin üzvü olan 130-dan çox ölkə tərəfindən dəstəkləndi.

 

İnanıram ki, Xüsusi Sessiya pandemiyanın təsir etdiyi bütün sahələrin kompleks şəkildə müzakirə olunmasında çərçivə rolunu oynayacaq və onun yaratdığı fəsadların aradan qaldırılması səylərinə töhfə verəcəkdir. Sağ olun!

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Rusiya Tu-154 təyyarəsi ilə VİDALAŞDI 28 Oktyabr 2020, 10:23 Lev Tolstoyun qızı erməni vəhşilikləri HAQQINDA 28 Oktyabr 2020, 10:12 ABŞ-da 70 milyon seçici vaxtından əvvəl səs verib 28 Oktyabr 2020, 10:06 Sindey və Brizben şəhərlərində Gəncə terroruna etiraz edilib 28 Oktyabr 2020, 10:00 Ermənistan atəşkəs rejimini pozmaqda davam edir 28 Oktyabr 2020, 09:54 Azərbaycanda daha bir həkim koronavirusdan öldü - FOTO 28 Oktyabr 2020, 09:48 “Cəbhədən həyat yoldaşını gözləyən gəlin statusu hər xanıma qismət olmur, biz buna görə xoşbəxtik” - MÜSAHİBƏ 28 Oktyabr 2020, 09:42 Aytəkin Alxaslı: “Könlümdən İlham Əliyevdən müsahibə almaq keçir” 28 Oktyabr 2020, 09:36 İran parlamentinin spikeri koronavirusa yoluxub 28 Oktyabr 2020, 09:30 Ceyhun Bayramov Çavuşoğlu ilə telefonda danışdı 28 Oktyabr 2020, 09:24 Dolların bu günə olan məzənnəsi 28 Oktyabr 2020, 09:18 Azərbaycanlı əsgərlərin xilas etdiyi 85 yaşlı erməni qadın danışdı - VİDEO 28 Oktyabr 2020, 09:12 Neft yenidən ucuzlaşdı 28 Oktyabr 2020, 09:06 Ermənistan ordusu döyüşməkdən imtina edir - Müdafiə Nazirliyi 28 Oktyabr 2020, 09:00 Düşmənin bu gecə məhv edilən texnikasının SİYAHISI  28 Oktyabr 2020, 08:55 Xocalı soyqırımının uşaqları Putin, Tramp və Makrona məktub YAZDILAR 28 Oktyabr 2020, 08:49 Düşmən beş rayonumuzda itki verib geri çəkildi - RƏSMİ 28 Oktyabr 2020, 08:42 Əlcəzair Prezidenti hospitalizə edilib 28 Oktyabr 2020, 08:00 Tərtər artilleriya atəşinə tutulub - Müdafiə Nazirliyi 28 Oktyabr 2020, 07:53 Cəbhədə raket və minalar aşkarlandı - FOTOLAR 28 Oktyabr 2020, 07:20 “Uşağı görəndə...” - Bərdədə həlak olan Aysunun atası - VİDEO 28 Oktyabr 2020, 01:03 Azərbaycan və Ermənistan səfirləri Berlində debata çıxdılar 28 Oktyabr 2020, 01:00 Hakerlər PSJ-nin transfer pulunu oğurladı 28 Oktyabr 2020, 00:51 Kreml açarını itirib 28 Oktyabr 2020, 00:41 “Düşmənin heç bir istiqamətdə əks-hücum cəhdinin perspektivi yoxdur” - Hərbçi ŞƏRHİ 28 Oktyabr 2020, 00:33 Ermənistanın imtina etdiyi yaşlı qadın: “Məni evin zirzəmisində qoyub qaçdılar” - VİDEO 28 Oktyabr 2020, 00:30 Cəbhə gündəliyi: 27 oktyabrda nələr oldu... 28 Oktyabr 2020, 00:17 Tramp Qarabağda atəşkəsin pozulmasından məyus olub 28 Oktyabr 2020, 00:12 Akar Özbəkistan prezidenti ilə hərbi əməkdaşlığı müzakirə etdi 28 Oktyabr 2020, 00:05 Mehriban Əliyevadan Bərdə PAYLAŞIMI 27 Oktyabr 2020, 23:54 Messi Bartomeuya qalib gəldi - “Barselona”nın prezidenti istefa verdi 27 Oktyabr 2020, 23:48 Ceyhun Bayramovdan Türkiyəyə təşəkkür - FOTO 27 Oktyabr 2020, 23:31 Ərdoğan Putinlə Qarabağı müzakirə etdi 27 Oktyabr 2020, 23:20 Paşinyan erməni hərbçiləri hədələdi 27 Oktyabr 2020, 23:10 Astarada yaşayış binasında yanğın - sakinlər təxliyə edildi 27 Oktyabr 2020, 23:01