Arxiv
2 Oktyabr 2020, 15:46 | MEDİA
Azərbaycanlı jurnalistdən Qarabağda yaralanan fransalı jurnalistlərə MƏKTUB

“Le Monde” qəzetinin əməkdaşları, hörmətli Şarl Rafael və Alan Kaval!

 
Ötən gün 30 ildir Ermənistanın işğalda saxladığı tarixi Azərbaycan torpaqlarında yaralandığınız barədə məlumat yayıldı.


Çox üzüldüm.


Keşkə olmasaydı...


Düzünü desəm, bu məlumatı Ermənistan yaydığından doğruluğuna bir az da tərəddüdlə yanaşdım...


İşğaılçı ölkəni yaxşı tanıdığımdan deyə bilərəm ki, siz əcnəbi jurnalistləri gülləbaran edib Azərbaycan barədə dünyada mənfi imic formalaşdırmaq üçün Ermənistanın belə bir addım atması daha real görünür. Belə düşünməyə çoxlu əsasım var.


Həqiqəti bilməyiniz üçün iki fakt deyim.


1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Ermənistan Azərbaycanın Xocalı şəhərində azərbaycanlılara qarşı soyqırımı törətdi. Yüzlərlə insan qətlə yetirildi. Ardından Ermənistan bütün dünyaya bəyan etdi ki, onun bu barbar aktdan xəbəri yoxdur. Belə faktlar yüzlərlədir.


Bir neçə gün öncə Ermənistan bəyan etdi ki, ona məxsus SU-25 bombardmançı təyyarəsi  Türkiyə tərəfindən vurulub. Halbuki, Ermənistanın Vardenis rayonunda yerləşən Hava Hücumundan Müdafiə Sistemi həmin təyyarənin səhvən Azərbaycana aid olduğunu düşünüb, vurmuşdu və təyyarə dağa çırpılmışdı.


Yəni bu kimi məsələlər Ermənistanın şakəridir.


Jurnalist olaraq həmkarımın, insan olaraq isə insanın yaralanmasının əleyhinəyəm. Şüurlu insanıqsa, niyə insanlığı qorumayaq ki...


Ancaq Azərbaycan qoruyacaq, Ermənistan qorumayacaqsa, insanlıq öləcək. Ermənistan və onun havadarlarının öldürdüyü kimi...


Hər bir halda Sizə keçmiş olsun deyirəm, tezliklə sağalmağınızı diləyirəm...

 

Dəyərli həmkarlar!


Mən də jurnalistəm. Ermənistanın sizi gülləbaran etdiyi yerdə doğulmuşam. Bizim evimizi, Vətənimizi Ermənistan işğal edib, daha doğrusu Sizin də bildiyiniz güclər bizim torpaqları işğal edib Ermənistana verib.


Təsəvvür edə bilirsinizmi, mən 30 ildir öz evimizə gedə bilmirəm. Anam o yerlərin xiffəti ilə dünyasını dəyişdi. Atam ahıl yaşında öz doğma yurdunun həsrətində qovrulur.


Sizsə çox asan şəkildə mənim doğulduğum yerlərdən reportaj hazırlayırsınız. Bilirəm, jurnalist olaraq oraya gəldiyinizi deyəcəksiniz. Ancaq siz həm də dünyanın qayda-qanununu, beynəlxalq hüququ bilən olmalısınız.


Haradan reportaj hazırladığınız, o yerin hansı xalqa, dövlətə aid olduğu, gördüyünüz viran edilmiş evlərin sahibləri barədə də obyektivlik naminə heç düşünüdünüzmü?


Bir anlıq təsəvvür edin ki, İngiltərə 30 ildir Fransa ərazisinin 20 faizini işğal edib. Qaçqın həyatından bezmisiniz, öz evinizə qayıtmaq istəyirsiniz. Bu istəyinizə görə ingilislər sizi güllələyir.


Əcnəbi jurnalistlər İngiltərədən icazə alıb sizin işğal altında olan tarixi yerlərinizdən reportajlar hazırlayır, o yerlərin İngiltərəyə aid olduğunu tirajlayırlar. Belə jurnalistika olurmu? Əgər olursa, onda bunun adı jurnalistikadırmı? Və buna sizin reaksiyanız necə olar?


Yəqin ki, bütün bunların fərqindəsiniz.


Siz bizim doğma yerlərdə olarkən ayaqlarınız altında sızlayan ruhlarımızı görmədinizmi?


Heç olmasa dağıdılmış evlərin kimə məxsus olduğunu sizi ora aparanlardan soruşmadınızmı?


İnanın ki, bu dünya həm də bumeranq dünyadı.


Sabah bizim aqibəti Fransa da yaşaya bilər, başqa haqsızlıq edənlər də...


Deyin ki, Allahdan qorxsunlar!


Allah hər şeyi görür. Allah heç vaxt ölmür, Allah gecə də, gündüz də oyaq olur.


Hər şeyin geci-tezi var.


Tezliklə doğulduğum Qarabağın Ermənistanın işğalından azad olunmasını, sizin sağalmağınızı və sizi öz doğma evimdə qonaq etməyi çox istəyirəm.


Elşad Eyvazlı

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İşğaldan azad olunmuş ərazilərə qaz çəkilişinə başlanılır 26 Oktyabr 2020, 16:53 Prezident İtaliyanın Rai-1 telekanalına müsahibə verib 26 Oktyabr 2020, 16:52 Prezident bizə informasiya müharibəsində də uğurlar qazandırdı - EKSPERTLƏR 26 Oktyabr 2020, 16:46 İlham Əliyevin qəti mövqeyi: Bizim iradəmizə heç kim təsir edə bilməz 26 Oktyabr 2020, 16:42 Qubada koronavirus xəstəsi yaşayış yerini icazəsiz tərk etdi 26 Oktyabr 2020, 16:36 Xocalıda kəndin vurulması xəbəri yalandır - Müdafiə Nazirliyi 26 Oktyabr 2020, 16:30 Yoluxma sayında kəskin azalma - 8 nəfər öldü 26 Oktyabr 2020, 16:25 Ermənistan Ağdamda məktəbi atəşə tutub - FOTO 26 Oktyabr 2020, 16:20 Ərdoğan Fransa mallarını boykot etməyə çağırdı 26 Oktyabr 2020, 16:15 Ermənistan Tərtər şəhərini atəşə tutur - Müdafiə Nazirliyi 26 Oktyabr 2020, 16:10 “Ədalət və beynəlxalq hüquq bizim tərəfimizdədir” - Əli Hüseynli 26 Oktyabr 2020, 16:07 Eks-prezident yenidən aclıq elan etdi 26 Oktyabr 2020, 16:05 Ali Baş Komandan Qubadlıda fərqlənmiş iki birlik komandirini TƏBRİK ETDİ 26 Oktyabr 2020, 16:03 Zeynal Məmmədli: “Ermənilər informasiya müharibəsində də uduzurlar” 26 Oktyabr 2020, 16:00 Hikmət Hacıyevdən Daşkəsəndəki meşə yanğını ilə bağlı AÇIQLAMA 26 Oktyabr 2020, 15:57 Hüseynqulu Bağırov məhkəmədə ifadə verəcək 26 Oktyabr 2020, 15:52 Kiprdən Ermənistana müəmmalı REYS 26 Oktyabr 2020, 15:49 F-16 məsələsi Rusiya və İrana mesaj idi - Ekspert 26 Oktyabr 2020, 15:44 Minskdə etiraz aksiyalarında yüzlərlə saxlanılan var 26 Oktyabr 2020, 15:38 Ermənistanı xilas etmək istəyirsinizsə, deyin ki, çıxsın rədd olsun torpağımızdan - İlham Əliyev 26 Oktyabr 2020, 15:32 “Qarabağ gec-tez azadlığına qovuşacaq” - İbrahim Kalın 26 Oktyabr 2020, 15:26 Paytaxtlar dəyişsə də, Paşin-Yanların xisləti dəyişmir 26 Oktyabr 2020, 15:20 Ermənistan Ağcabədini yenidən atəşə tutur 26 Oktyabr 2020, 15:14 Azərbaycan Yunanıstanla parlamentlərarası əlaqələr qura bilməyib - AÇIQLAMA 26 Oktyabr 2020, 15:12 Kolleclərin boş yerlərinə qəbul olunanların qeydiyyat müddəti uzadıldı 26 Oktyabr 2020, 15:06 Fransa milli komandasının məşhur futbolçusundan Makrona ETİRAZ 26 Oktyabr 2020, 15:00 İranda ötən sutkada 337 nəfər koronavirusdan ölüb 26 Oktyabr 2020, 14:54 Əmanətlərin Sığortalanması Fondu adından saxta məktublar göndərilir - FOTO 26 Oktyabr 2020, 14:48 Koronavirusla bağlı qaydalara əməl etməyən 20 iaşə obyekti aşkarlandı 26 Oktyabr 2020, 14:42 Qubada qonaqlıq məclisi təşkil edənlər məsuliyyətə cəlb olundular 26 Oktyabr 2020, 14:36 “Heydər Əliyev vəzifələrdən gedəndən sonra Dağlıq Qarabağda erməni separatizmi baş qaldırdı” - Prezident 26 Oktyabr 2020, 14:30 Şeyx BMT Baş Katibinin müavininə ermənilərin vəhşiliyindən DANIŞDI 26 Oktyabr 2020, 14:25 İlham Əliyev: “Elə bil prokurordur, ittiham edir bizi” 26 Oktyabr 2020, 14:20 Naftalanda COVİD-19-a qarşı mübarizə tədbirləri davam edir - FOTO 26 Oktyabr 2020, 14:13 Pakistan Fransaya etiraz notası verib 26 Oktyabr 2020, 14:08