Arxiv
6 Oktyabr 2020, 17:24 | PARLAMENT
Sahibə Qafarova Şimali Kipr parlamentinin sədri ilə telefonla danışdı

Oktyabrın 5-də Milli Məclisin Sədri Sahibə Qafarova ilə Şimali Kipr Türk Cümhuriyyətinin Cümhuriyyət Məclisinin sədri Teberrüken Uluçay arasında telefon danışığı olub. Telefon danışığı zamanı Ermənistanın cəbhə xəttində törətdiyi təxribatlar müzakirə olunub. 

 

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, Şimali Kipr Türk Cümhuriyyətinin Cümhuriyyət Məclisinin sədri Teberrüken Uluçay bildirib ki, Şimali Kipr Türk Cümhuriyyəti Azərbaycanın öz torpaqlarını azad etmək üçün başladığı əks-hücum əməliyyatlarında ölkəmizi dəstəkləyir və tezliklə Azərbaycan torpaqlarının işğalçılardan təmizlənəcəyinə inanır. Şimali Kipr Türk Cümhuriyyəti bu haqq işində daim Azərbaycanın yanındadır.

 

Telefon zənginə görə təşəkkürünü bildirən Milli Məclisin Sədri Sahibə Qafarova diqqətə çatdırıb ki, 27 sentyabr tarixində səhər saatlarından etibarən Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycan ordusunun cəbhə zonasında yerləşən mövqelərini iriçaplı silahlar, minaatanlar və artilleriya qurğularından intensiv atəşə tutub. Ötən günlərdə isə işğalçı ölkənin silahlı qüvvələri Ermənistan ərazisindən Azərbaycanın ikinci böyük şəhəri Gəncəyə, sənaye şəhəri Mingəçevirə və münaqişə zonasına aidiyyatı olmayan digər şəhərlərə raket hücumları həyata keçirib. Nəticədə mülki əhali arasında həlak olanlar, yaralananlar və çoxlu sayda dağıntılar var. Ermənistan silahlı qüvvələrinin mülki insanları və obyektləri atəşə tutması beynəlxalq cinayətdir və bunun məsuliyyəti Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Milli Məclisin Sədri Azərbaycana verdiyi dəstəyə görə bir daha Şimali Kipr Türk Cümhuriyyətinə təşəkkürünü bildirib. Telefon söhbəti zamanı tezliklə Azərbaycan torpaqlarının işğaldan azad ediləcəyinə və münaqişənin həll olunacağına əminlik ifadə olunub.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Cəbrayıl rayonunun 27 il əsarətdə qalan abidələri 26 Oktyabr 2020, 17:48 Ermənistanın kvadrokopteri məhv edilib 26 Oktyabr 2020, 17:42 Azərbaycan millisi ev oyununu Zaqrebdə keçirəcək 26 Oktyabr 2020, 17:38 Qərbi Kaspi Universitetində respublika elmi konfransı keçiriləcək 26 Oktyabr 2020, 17:32 Pakistan Azərbaycana növbəti DƏSTƏK 26 Oktyabr 2020, 17:26 Ermənistan Sərhəd Qoşunlarının komandanı işdən qovuldu 26 Oktyabr 2020, 17:20 Nazirlikdən Daşkəsəndəki yanğınla bağlı AÇIQLAMA 26 Oktyabr 2020, 17:14 Bəs, Cəbrayıla yol çəkirdin, Paşinyan? Nə oldu? - Xalqa müraciətin TAM MƏTNİ 26 Oktyabr 2020, 17:10 Sahibə Qafarova Türkiyənin “Milliyyət” qəzetinə müsahibə verib 26 Oktyabr 2020, 17:04 Sumqayıtda polis maskadan istifadəyə nəzarəti gücləndirdi - FOTO 26 Oktyabr 2020, 16:58 İşğaldan azad olunmuş ərazilərə qaz çəkilişinə başlanılır 26 Oktyabr 2020, 16:53 Prezident İtaliyanın Rai-1 telekanalına müsahibə verib 26 Oktyabr 2020, 16:50 Prezident bizə informasiya müharibəsində də uğurlar qazandırdı - EKSPERTLƏR 26 Oktyabr 2020, 16:46 İlham Əliyevin qəti mövqeyi: Bizim iradəmizə heç kim təsir edə bilməz 26 Oktyabr 2020, 16:42 Qubada koronavirus xəstəsi yaşayış yerini icazəsiz tərk etdi 26 Oktyabr 2020, 16:36 Xocalıda kəndin vurulması xəbəri yalandır - Müdafiə Nazirliyi 26 Oktyabr 2020, 16:30 Yoluxma sayında kəskin azalma - 8 nəfər öldü 26 Oktyabr 2020, 16:25 Ermənistan Ağdamda məktəbi atəşə tutub - FOTO 26 Oktyabr 2020, 16:20 Ərdoğan Fransa mallarını boykot etməyə çağırdı 26 Oktyabr 2020, 16:15 Ermənistan Tərtər şəhərini atəşə tutur - Müdafiə Nazirliyi 26 Oktyabr 2020, 16:10 “Ədalət və beynəlxalq hüquq bizim tərəfimizdədir” - Əli Hüseynli 26 Oktyabr 2020, 16:07 Eks-prezident yenidən aclıq elan etdi 26 Oktyabr 2020, 16:05 Ali Baş Komandan Qubadlıda fərqlənmiş iki birlik komandirini TƏBRİK ETDİ 26 Oktyabr 2020, 16:03 Zeynal Məmmədli: “Ermənilər informasiya müharibəsində də uduzurlar” 26 Oktyabr 2020, 16:00 Hikmət Hacıyevdən Daşkəsəndəki meşə yanğını ilə bağlı AÇIQLAMA 26 Oktyabr 2020, 15:57 Hüseynqulu Bağırov məhkəmədə ifadə verəcək 26 Oktyabr 2020, 15:52 Kiprdən Ermənistana müəmmalı REYS 26 Oktyabr 2020, 15:49 F-16 məsələsi Rusiya və İrana mesaj idi - Ekspert 26 Oktyabr 2020, 15:44 Minskdə etiraz aksiyalarında yüzlərlə saxlanılan var 26 Oktyabr 2020, 15:38 Ermənistanı xilas etmək istəyirsinizsə, deyin ki, çıxsın rədd olsun torpağımızdan - İlham Əliyev 26 Oktyabr 2020, 15:32 “Qarabağ gec-tez azadlığına qovuşacaq” - İbrahim Kalın 26 Oktyabr 2020, 15:26 Paytaxtlar dəyişsə də, Paşin-Yanların xisləti dəyişmir 26 Oktyabr 2020, 15:20 Ermənistan Ağcabədini yenidən atəşə tutur 26 Oktyabr 2020, 15:14 Azərbaycan Yunanıstanla parlamentlərarası əlaqələr qura bilməyib - AÇIQLAMA 26 Oktyabr 2020, 15:12 Kolleclərin boş yerlərinə qəbul olunanların qeydiyyat müddəti uzadıldı 26 Oktyabr 2020, 15:06