Modern.az

Ermənilərin “S-300” yalanı üzə çıxdı – FOTOFAKT

Ermənilərin “S-300” yalanı üzə çıxdı – FOTOFAKT

Qarabağ

12 Oktyabr 2020, 19:39

Azərbaycan 13 günlük Qarabağ döyüşləri zamanı Ermənistanın 2 S-300 zenit-raket kompleksini sıradan çıxarmışdı.

 

Modern.az xəbər verir ki, Ermənistanda döyüş növbətçiliyindən çıxarılaraq Qarabağa yerləşdirilən komplekslərdən biri sentyabrın 29-da Xocavənd rayonunun Şuşakənd istiqamətində, digər kompleks isə oktyabrın 10-u səhər saatlarında Qubadlı rayonu ərazisində pilotsuz uçuş aparatlarının köməyi ilə məhv edilmişdi.

Şəkillərdən birində oktyabrın 9-da Xocavəndin Şuşakənd ərazisində S-300 zenit-raket kompleksinin görüntüləri yayımlanıb. Fotodan da aydım olur ki, kompleksin 2 atəş qurğusu məhv edilib.

 

Məlumata görə, sentyabrın 29-da baş verən həmin hadisədən sonra Ermənistan S-300 zenit raket kompleksini işğal altındakı ərazidən çıxararaq Ermənistana geri qaytarıb.

Xatırladaq ki, rəsmi Yerevan S-300 zenit raket komplekslərinin məhv olunduğunu etiraf etmək istəmirdi.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır