Modern.az

Məhkəmə Trampa miqrantların deportasiyasına icazə verdi

Məhkəmə Trampa miqrantların deportasiyasına icazə verdi

Dünya

Bu gün, 08:45

ABŞ Ali Məhkəməsi Prezident Donald Tramp administrasiyasına miqrantların əvvəllər yaşamadıqları ölkələrə deportasiyasını bərpa etməyə icazə verib.

Modern.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Məhkəmə ABŞ Ədliyyə Nazirliyinin təcili müraciətini təmin edib. Bununla da Boston şəhərindəki ABŞ dairə məhkəməsinin hakimi Brayan Mörfinin qərarının icrası dayandırılıb. Mörfi ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin miqrantların “üçüncü ölkələrə” göndərilməsi siyasətini qanunsuz hesab etmişdi.

Ali Məhkəmə mübahisə ilə bağlı tərəflərin arqumentlərini dekabr ayında dinləməyə də razılaşıb. Bundan sonra sözügedən siyasətlə bağlı yekun qərarın veriləcəyi gözlənilir.

Ali Məhkəmədə mühafizəkar hakimlərin sayı 6, liberal hakimlərin sayı isə 3-dür. Üç liberal hakim deportasiyaların məhkəmə prosesi yekunlaşana qədər dərhal bərpa edilməsinə imkan verən qərarla razılaşmadıqlarını bildiriblər.

Hakim Mörfinin qərarı immiqrant hüquqlarını müdafiə edən təşkilatların miqrantların adından verdiyi kollektiv iddia əsasında qəbul edilmişdi. İddiaçılar ABŞ hökumətinin miqrantları əvvəlcədən xəbərdarlıq etmədən və onların göndəriləcəkləri ölkədə üzləşə biləcəkləri mümkün təhlükə barədə mövqelərini bildirmələrinə imkan vermədən üçüncü ölkələrə göndərməsinin qarşısını almağa çalışırdılar.

Hüquq müdafiə təşkilatlarının məlumatına görə, ötən il həyata keçirilən bu siyasət çərçivəsində 25 mindən çox miqrant 29 ölkəyə deportasiya edilib. Onların böyük əksəriyyəti Meksikaya göndərilib.

Sizə yeni x var
Keçid et
İranda qarşıdurma başladı - Silahlar işə düşdü