Modern.az

İlham Əliyev 200 illik plana zərbə vurur

İlham Əliyev 200 illik plana zərbə vurur

15 Oktyabr 2020, 14:22

Azər Qismət


Bu, təkcə torpaqların alınması, Azərbaycanın bütövləşməsi deyil. Bu, İlham Əliyevin böyük erməniliyə ağır zərbəsidir. Gözümüzün qarşısında İlham Əliyev böyük planı puç edir. Təsəvvür edin, 200 illik təşkilatlanmanı, 200 illik planı məhv edir.  Bu, o xülyaya zərbədir ki, 200 il bundan əvvəl dünya erməniliyi təşkilatlanıb “dənizdən-dənizə” dövlət ideologiyasını düşünüb illərlə həyata keçirirdilər. Hələ bu ideologiyanın tarixi ondan da irəli gedir. 1441-ci ildə, xaç yürüşlərinə dəstək vermiş erməni kilsəsi öz varlığını II Muraddan qorumaq üçün Qaraqoyunlu dövlətinin hakiminin - Cahan şahın qanadının altına sığınmışdı. Erməni kilsə mərkəzinin Qafqaza köçürmək üçün bütün imkanlardan istifadə edərək (1436-1467) Cahan şahdan icazə almağa müyəssər olmuşdu. Onların böyük dövlət qurmaq planı məhz Azərbaycan ərazisində reallaşmalı idi. İlham Əliyev 1436-cı ildən formalaşan dənizdən dənizə ideologuiyasını puç edir.


Bu plandan ötəri “ASALA” terror  təşkilatı yaradıb onlara qarşı çıxan diplomatları qətlə yetiriblər, super derjavaların rəhbərliyinə öz adamlarını yerləşdiriblər, Kütləvi İnformasiya Vasitələrinin nümayəndələrini ələ alıblar, böyük fondlar yaradıblar. Hətta o fondlara pul köçürməyən erməniləri ermənilikdən siliblər, qətlə yetiriblər. Bu həmin böyük ermənilik planı idi ki, erməni katalikosluğu erməni qadınlarına güclü millətlərin kişilərindən uşaq doğmağı tapşırmışdı, o məqsədlə ki, ermənilər rəqabətə davamlı millət deyildi. Məhz metis ermənilərin ağlı, ideyası ilə Böyük Ermənistan qurula bilərdi. Hətta millətlərinin dünyanın idarəedici qüvvəsinə çevrilməsi üçün ən məşhur adamlarla ailə həyatı qurdular, tarixçilərin bank hesablarına külli miqdarda pul köçürüb Böyük Ermənistana aid kitablar yazdırdılar, alban kilsələrini qriqoryan kilsələrinə çevirdilər, işğal etdikləri torpaqların altından abidələr “tapıb” və həmin daşları alma şirəsi töküb qaraltmağa qədər saxtakarlığa imza atdılar,  qədim Ermənistana aid olduğunu Fransa Arxeologiya İnstitutunun kataloquna saldılar.     


Bu həmin plan idi ki, Anastas Mikoyan hər il məzuniyyətini Ermənistanda keçirib, rayon partiya komitələrinin katiblərinə rus dilini bilən yaraşıqlı erməni oğlanları tapmalarını tapşırar, həmin gəncləri SSRİ-nin yüksək rütbəli məmurları, eləcə də sözü keçən hüquq-mühafizə orqanları rəhbərlərinin qızları ilə evləndirərdi. Hətta dənizdən dənizə planı idi ki, Sumqayıt hadisələrinin əsas təşkilatçısı olan Qriqoryan öz erməni qanından olanları qətlə yetirməkdən çəkinməmişdi. Təki o böyük plan həyata keçsin. Bu həmin plan idi ki, Dağlıq Qarabağ Muxat Vilayətinin Ermənistana birləşdirilməsi üçün Qorbaçovun həyat yoldaşı Raisa Maksimovnaya yüksək karatlı brilyantlar bağışlanmışdı.


Təsəvvür edin, İlham Əliyev akademik Ağambekyanın, “Ocaq” kimi şovinist kitab yazan Zori Balayanın, hər azərbaycanlının ölümündən həzz aldığını deyən, dırnaqarası erməni anası Silva Kaputikyanın ideologiyasını məhv etməkdədir. O, necə böyük işin altına girib. Paşinyanı idarə edən və ölkələrdə məxməri inqilablar törədən Corc Sorosun, dövriyyədə milyardlarla vəsaiti olan böyük ailələrin  qarşısında sinəsini gərib. O, dünyanı idarə edən ailələrin ələ aldıqları ölkə prezidentlərinin qarşısına çıxaraq sözünü mərdanə deyir. Və Azərbaycana 1918-ci ildən bəri üzünü görmədiyi, həmişə arzusunda olduğu, gələcəkdə başını dik tutacaq, milli ideologiyasını zənginləşdirəcək, yeni nağıllara, dastanlara çevriləcək qalibiyyət bəxş edir. O, dünyanın bu regionundakı siyasi düzəninə dəyişiklik gətirəcək böyük işə imza atır. Bu necə də ağır və həm də qürurverici işdir. Və nə xoş bizə ki, o prosesin şahidi olmaq bizim nəslin bəxtinə qismət olub.    

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir