Arxiv
20 Oktyabr 2020, 12:47 | PARLAMENT
Milli Məclis orqan transplantasiyası ilə bağlı sənədi qəbul etdi - DETALLAR

Milli Məclisin bu gün keçirilən plenar iclasında “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Modern.az xəbər verir ki, qanun layihəsi barədə Milli Məclisin Səhiyyə komitəsinin sədri müavini Rəşad Mahmudov məlumat verib.

O bildirib ki, bu qanunun qəbul edilməsi çox aktual məsələlərdən biridir:

"Qanun layihəsi 5 fəsil, 35 maddədən ibarətdir. Layihədə insan orqanlarının donorluğu və onların transplantasiyasının təşkili və əlaqələndirilməsi, transplantasiya məqsədilə canlı donordan orqanların götürülməsi məsələləri öz əksini tapıb".

Qanun layihəsində canlı donordan orqanın götürülməsi qaydası və şərtləri aşağıdakı kimi müəyyənləşib:

- Digər tibbi üsullarla və meyit orqanları vasitəsi ilə insan həyatının xilas edilməsi və ya sağlamlığının bərpası mümkün olmadıqda resipiyentə canlı donordan orqanların transplantasiyasına yol verilir.

- Canlı donordan resipiyentə transplantasiyanın həyata keçirilməsi zərurəti və mümkünlüyü tərkibində həkim-transplantoloq, anestezioloq-reanimatoloq və resipiyentin müalicə həkiminin iştirakı, eləcə də zəruri olduqda digər ixtisaslı həkimlərin iştirak etdiyi həkim komissiyasının qərarı ilə, tibbi müayinə nəticələri, o cümlədən tibbi göstəriş olarsa gen və toxuma tipləşdirməsi nəticələri əsasında müəyyən edilir. Həkim komissiyasının qərarı protokol şəklində rəsmiləşdirilir və canlı donorun tibbi sənədlərinə daxil edilir.

- Canlı donordan transplantasiya yalnız həkim komissiyasının qərarının protokolunda transplantasiya məqsədilə donor orqanının götürülməsi nəticəsində canlı donorun orqanizminə sağlamlığın geriyə dönməyən pozulmasına, əmək qabiliyyətinin uzunmüddətli itirilməsinə, əlilliyə gətirib çıxaran ciddi zərərin dəyməyəcəyi və transplantasiya üçün tibbi əks göstərişlərin olmaması barədə rəyin olduğu halda həyata keçirilir.

- Canlı donordan transplantasiyanın zəruriliyi və mümkünlüyünə dair həkim komissiyasının qərarının protokol forması, canlı donordan donor orqanın götürülməsi və transplantasiyanın təşkili qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

- Canlı donordan orqanların götürülməsi zamanı aşağıdakı şərtlərə əməl olunmalıdır:

- Canlı donor resipiyentin qohumu olduğu hallarda, qohumluq əlaqəsi müvafiq sənədlərlə təsdiq olunmalıdır;

- Qohum olmayan canlı donordan orqanın götürülməsi bu Qanunun 29.2-ci maddəsində müəyyən edilmiş qaydada həyata keçirilir;

- Canlı donor nəzərdə tutulan cərrahiyyə əməliyyatı ilə bağlı sağlamlığı üçün baş verə biləcək ağırlaşmaların mahiyyəti ilə tanış olmalıdır;

- Canlı donor orqanların götürülməsinə kənar təsirlər olmadan, könüllü şəkildə qərar verdiyinə dair yazılı şəkildə məlumatlandırılmış razılığını bildirməlidir.

- Hər hansı şəxsi orqanların götürülməsinə məcbur edənlər qanuna uyğun olaraq məsuliyyət daşıyırlar.


Layihədə həmçinin transplantasiya obyekti olan orqan və toxumaların siyahısı müəyyənləşib və aşağıdakı kimidir:


- Canlı donordan transplantasiya məqsədilə yalnız böyrəyin biri, ağciyərin bir payı, qaraciyərin bir hissəsi, mədəaltı vəzin bir hissəsi, nazik bağırsağın bir hissəsi, dərinin bir hissəsi, sümük iliyi, kök hüceyrələr götürülə bilər.

- Meyit donordan transplantasiya məqsədilə ürək, ağciyər (ürək-ağciyər kompleksi), böyrəklər, qaraciyər, mədəaltı vəzi, mədə, bağırsaqlar, uşaqlıq, yuxarı və aşağı ətraflar, sümüklər, dəri-fassiya-əzələ kompleksi və onların seqmentləri, sümük iliyi, gözün buynuz qişası, kök hüceyrələr və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən digər orqan və toxumalar götürülə bilər.

- Azərbaycan Respublikasında ksenotransplantasiya (elmi-tədqiqat işləri istisna olmaqla) qadağandır.

Donor orqanın götürülməsini və transplantasiyasını həyata keçirən tibb müəssisələri isə bunlardır:

- Canlı donordan, yaxud meyit donordan donor orqanın götürülməsi, hazırlanması (konservasiyası), saxlanması, daşınması, transplantasiyası, ölkəyə gətirilməsi və ölkədən çıxarılması yalnız bu fəaliyyətlə məşğul olmağa lisenziyası olan tibb müəssisələri tərəfindən həyata keçirilir.

- Donor orqanların götürülməsi, hazırlanması (konservasiyası) və saxlanması qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

Transplantasiyanın qaydaları və şərtləri isə aşağıdakı kimidir:

- Transplantasiya tibbi göstəriş əsasında cərrahiyyə əməliyyatı qaydalarına riayət etməklə aparılır.

- Transplantasiyanın qaydaları və şərtləri, onun həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisələrinin siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

Qanun layihəsi müzakirələrdən sonra III oxunuşda qəbul edilib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ronaldo “Sportinq”ə keçir? - Futbolçu bahalı maşınlarını Turindən çıxarır - VİDEO 18 May 2021, 00:59 Anar Kərimov 36 illik ayrılıqdan sonra İsa Bulağında - FOTO 18 May 2021, 00:44 Teledərslərin bu günə olan CƏDVƏLİ 18 May 2021, 00:31 Təhlükəsizlik kəmərindən istifadə etməyənlər cərimələndi - FOTO 18 May 2021, 00:23 Azərbaycanda Rusiya peyvəndinin tətbiqinə başlanılır 18 May 2021, 00:10 "Radikal erməni qrupları günahsız insanları qətlə yetiriblər" - Şentop 17 May 2021, 23:59 Azərbaycan səfirliyi qarşısında bədbəxt hadisə 17 May 2021, 23:47 Rusiya aviaşirkəti Türkiyəyə bilet satışını dayandırdı 17 May 2021, 23:34 Dmanisiyə əlavə polis qüvvələri yeridilib - Gürcüstanın DİN rəhbəri 17 May 2021, 23:19 Türkiyədə gündəlik yoluxma sayı 10 minə düşdü 17 May 2021, 23:09 Keçmiş arvadı uşağını ona göstərmədi - özünü qayadan atdı 17 May 2021, 23:00 Sülhməramlılar 80 ermənini Amarasa apardı 17 May 2021, 22:56 Səbinə Əliyevadan Dmanisidəki insidentlə bağlı çağırış 17 May 2021, 22:42 Goranboyda piyadanı maşın vurub öldürdü 17 May 2021, 22:30 İsrail qırıcıları HƏMAS komandirlərinin evlərini bombaladı   17 May 2021, 22:21 Gürcüstanda dava edənlər barışdılar - VİDEO 17 May 2021, 22:08 Samuxda gənci ildırım vurub öldürdü 17 May 2021, 21:57 Ərdoğandan Baydenə: “İndi də qanlı əllərinizlə bir tarix yazırsınız” 17 May 2021, 21:49 13 türkün qətlini əmr edən PKK-çı məhv edildi 17 May 2021, 21:38 "Real"ın futbolçusu koronavirusa yoluxdu 17 May 2021, 21:25 İki güləşçimiz Avropa çempionatının finalına yüksəldi 17 May 2021, 21:11 Messidən əlçatmaz nəticə 17 May 2021, 20:59 Bakıda bu gün evlənən cütlük nikah şəhadətnaməsini itirdi - FOTO  17 May 2021, 20:45 Dünyada ən çox satılan avtomobillər 17 May 2021, 20:38 Dələduz iş başında yaxalandı - VİDEO 17 May 2021, 20:24 Qənirə Paşayeva Tovuzda şəhid ailələri ilə görüşdü - FOTO 17 May 2021, 20:09 Dünya İqtisadi Forumunun xüsusi iclası təxirə salındı 17 May 2021, 20:00 İmtahanda ən yüksək bal toplayan şagird - FOTO 17 May 2021, 19:54 BMT Baş Assambleyası İsrail-Fələstin üçün toplanır 17 May 2021, 19:48 ÜST rəhbərindən G7 ölkələrin hökümət başçılarına ÇAĞIRIŞ 17 May 2021, 19:42 Sabirabadda narkotik becərən şəxs saxlanıldı 17 May 2021, 19:36 Bakı Baş Gömrük İdarəsində əməliyyat - Vəzifəli şəxlər saxlanıldı 17 May 2021, 19:30 Polad Alemdar xanımından BOŞANDI 17 May 2021, 19:24 Qubada iki qardaş qayalıqdan çaya yıxıldı - biri öldü 17 May 2021, 19:18 “Yüksəliş” müsabiqəsi iştirakçıların məlumat bazasını yaratdı 17 May 2021, 19:12