Arxiv
20 Oktyabr 2020, 16:46 | İQTİSADİYYAT
Azərbaycanda bu pul nişanlarının dizaynı DƏYİŞDİRİLİR

Hazırda ölkə ərazisində istifadə edilən bütün nağd pul sistem və avadanlıqlarının yenilənmiş 1, 5 və 50 manatlıq pul nişanlarına uyğunlaşdırılması (adaptasiyası) proseslərinə başlanılıb.

 

Azərbaycan Mərkəzi Bankından (AMB) Modern.az-a verilən məlumata görə, dövriyyədə olan milli pul nişanlarının tədavülə buraxılmasından 14 il keçir və bu dövrdə pul nişanlarımız öz estetik görünüşünə, konseptual mövzusuna və mühafizə sistemlərinə görə özünəməxsusluğu ilə seçilib:

 

“Beynəlxalq təcrübədə pul nişanlarının saxtalaşdırılmasına qarşı mübarizənin gücləndirilməsi, ən son texnologiya və innovasiyaların tətbiqi və insanların məmnunluğunun təmin edilməsi məqsədilə mərkəzi banklar tərəfindən dövri olaraq pul nişanlarının dizaynında və mühafizə sistemlərində yenilənmələr aparılır.

 

Azərbaycan Mərkəzi Bankı da beynəlxalq təcrübəni nəzərə alaraq, Azərbaycan Respublikası Hökumətinin qərarları əsasında pul nişanları sahəsində ən son innovasiyaların, nano və mikro texnologiyaların tətbiqi ilə milli pul nişanlarımızın müasirləşdirilməsinə başlamış və bu çərçivədə 2018-2019-cu illərdə 200 manatlıq yeni pul nişanını tədavülə buraxıb, 10 manatlıq pul nişanının isə mühafizə sistemlərini təkmilləşdirib.

 

Hazırda Mərkəzi Bank tərəfindən 1, 5 və 50 manatlıq pul nişanlarının mühafizə sistemləri və dizaynı mövcud konsepsiya çərçivəsində ən son texnologiya və innovasiyalar tətbiq edilməklə yenilənib. 

 

Azərbaycan Mərkəzi Bankı yenilənmiş dizayna və mütərəqqi mühafizə sistemlərinə malik 1, 5 və 50 manatlıq pul nişanlarının 01 yanvar 2021-ci il tarixdən tədavülə buraxılmasını elan edir”.

 

Rəsmi məlumata görə, hazırda tədavüldə olan 1, 5 və 50 manatlıq pul nişanları yenilənmiş pul nişanları ilə paralel olaraq dövriyyədə olacaq və tədavül vasitəsi kimi məhdudiyyətsiz istifadə ediləcək:

 

"Bununla da yenilənmiş pul nişanlarımız özünün bədii estetik görünüşünə və mühafizə səviyyəsinə görə beynəlxalq təcrübədə ən təhlükəsiz banknotlar sinfində qalmaqda davam edəcək.

 

Yenilənmiş 1, 5 və 50 manatlıq pul nişanlarında ən son mühafizə elementləri olaraq RollingStar Lead holoqramı (3D effektində hərəkət edən, rəngi dəyişən), möcüzəvi “Spark Live” elementi (dinamik işıq effekti saçan və rəngi dəyişən təsvirlər), su nişanı (pul nişanını işığa tutduqda Azərbaycan Respublikasının Dövlət Gerbi və müvafiq nominalın rəqəmlə təsviri), görmə qüsuru olanlar üçün tanıma elementi (pul nişanlarının ön tərəfində sağ və sol kənarlarda görmə qüsuru olanlar üçün xüsusi qabarıq xətlər yerləşir ki, bu xətlərə toxunmaqla pul nişanının həqiqiliyini və nominalını müəyyən etmək mümkündür), şaquli dizayn (banknot istehsalı sahəsində dünyada ən müasir trendə uyğun olaraq pul nişanlarının arxa tərəfi şaquli olaraq dizayn edilib), mühafizə sapı, mürəkkəbsiz çap, mikromətnlər və s. tətbiq olunub”.

 

1, 5 və 50 manatlıq pul nişanları yeni dizaynda tədavülə buraxılır (FOTO) - Gallery Image 1, 5 və 50 manatlıq pul nişanları yeni dizaynda tədavülə buraxılır (FOTO) - Gallery Image 1, 5 və 50 manatlıq pul nişanları yeni dizaynda tədavülə buraxılır (FOTO) - Gallery Image
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Biləsuvarda ağır qəza, bir ölü, iki yaralı 28 Noyabr 2020, 18:36 İşğaldan azad olunmuş ərazilərə gedənlərə - Xəbərdarlıq 28 Noyabr 2020, 18:10 Sabiq məmur ailəsi ilə birgə Füzulidə minaya düşdü 28 Noyabr 2020, 17:58 "Qızıl Xaç"dan TƏBİB-ə tibbi yardım ianəsi 28 Noyabr 2020, 17:51 Azərbaycanda koronavirusa 1 gündə 4200-dən çox insan YOLUXDU 28 Noyabr 2020, 17:23 Prezidentin köməkçisi Ağdam stadionunda futbol oynadı - VİDEO 28 Noyabr 2020, 17:16 Avropa Müsəlman Forumunun rəhbərliyi Prezident İlham Əliyevi təbrik edib 28 Noyabr 2020, 17:13 Eks-nazir Qarabağın Ermənistan üçün iqtisadi önəmindən danışdı 28 Noyabr 2020, 17:05 Fransanın təcavüzkarlığı və separatizmi dəstəkləməsi qəbuledilməzdir   28 Noyabr 2020, 17:00 “AzerGold” QSC-nin “Çovdar” mədənində ağacəkmə aksiyası keçirilib 28 Noyabr 2020, 16:52 Füzulidə 4 mülki şəxs minaya düşərək həlak olub - RƏSMİ 28 Noyabr 2020, 16:46 "Qarabağ"ın futbolçuları Ağdam məscidində namaz qıldı 28 Noyabr 2020, 16:30 Moskva ümidləri doğrultmadı: Ərdoğan Qərblə münasibətləri yaxşılaşdıracaq 28 Noyabr 2020, 16:21 Hikmət Hacıyev, xarici diplomatlar və "Qarabağ" klubu Ağdamda... - FOTOLAR 28 Noyabr 2020, 15:50 Azərbaycan xurması Slovakiya və Çexiyaya ixrac ediləcək 28 Noyabr 2020, 15:25 İranda 391 nəfər koronavirusdan ölüb 28 Noyabr 2020, 15:15 İqtisadi Şurada azad olunmuş ərazilərlə bağlı MÜZAKİRƏLƏR 28 Noyabr 2020, 15:03 Dünyanın dəhşətli koronavirus STATİSTİKASI 28 Noyabr 2020, 14:51 Füzulidə koronaviruslu xəstə qanunu pozdu 28 Noyabr 2020, 14:46 Fransanın Türkiyə və Azərbaycana qərəzi nə ilə bağlıdır? – Politoloq ŞƏRHİ 28 Noyabr 2020, 14:42 Məğrur duruşlu Azərbaycan ANASI... 28 Noyabr 2020, 14:40 Ermənistanlı əsgər anaları övladlarının Qarabağdan çıxarılmasını TƏLƏB EDİR 28 Noyabr 2020, 14:35 “Vətəndaş Ruslan Quliyev polis təzyiqinə məruz qalmayıb” - TƏKZİB 28 Noyabr 2020, 14:29 Abşeronda və Bakıda koronaviruslu xəstələrə cinayət işi açıldı 28 Noyabr 2020, 14:22 Qənirə Paşayeva şəhid Xəyal Şəkərovdan YAZDI 28 Noyabr 2020, 14:01 Yerevanda əsgər anaları növbəti aksiya keçirir 28 Noyabr 2020, 13:53 Xarici diplomatlar Tərtərdə erməni vandalizminin nəticələri ilə tanış oldular - YENİLƏNİB 28 Noyabr 2020, 13:41 Gəncədə koronavirusla mübarizə tədbirləri davam edir 28 Noyabr 2020, 13:40 Deputatdan TƏKLİF: “Erməniləri susdurmaq üçün bu yoldan istifadə etməliyik” 28 Noyabr 2020, 13:31 Azərbaycanda "Ağıllı şəhər" layihəsinin yekun strategiyası hazırlanır 28 Noyabr 2020, 13:18 DİN Sumqayıtın polis rəisi ilə bağlı yayılan məlumatı təkzib etdi 28 Noyabr 2020, 13:06 44 gündə 16 min mərminin atıldığı ŞƏHƏR 28 Noyabr 2020, 12:55 Azərbaycanlı icması Derbi Şəhər Şurasına etiraz məktubu göndərib 28 Noyabr 2020, 12:44 Sabahın hava proqnozu açıqlanıb 28 Noyabr 2020, 12:33 Aqil Abbas Ağdamı ziyarət etdi 28 Noyabr 2020, 12:26
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?