Modern.az

“Ermənilərin bu xəstəliyini Azərbaycan Ordusu sağaldacaq” - Deputat

“Ermənilərin bu xəstəliyini Azərbaycan Ordusu sağaldacaq” - Deputat

Aktual

21 Oktyabr 2020, 16:00

Ermənistan ordusu 27 ildir ölkəmizi vəhşi hücumlara məruz qoyub. Erməni vəhşiliyi təkcə insana yox, abidələrə, təbiətə qarşı yönəlib. Bu hücumlar nəticəsində 100 illik tarixə məxsus abidələrimiz dağıdılıb, əhalimiz ciddi zorakılığa məruz qalıb, təbiətimiz viran edilib.

Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Fazil Mustafa Modern.az-a bu mövzuda danışıb:

“Bu vəhşilik təkcə insanla kifayətlənmir. Buna bütün dünya şahid olmalıdır. Diqqət edirsinizsə, erməniyə aid olmayan nə varsa, üzərinə xaç qoyur. Bu xəstəlikdir. Onu ancaq Azərbaycan Ordusunun silahı sağalda bilər. Bu da Azərbaycan Ordusunun öhdəliyinə düşüb”.

Mədəniyyət Nazirliyinin Mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə nazirlik tərəfindən Qarabağla bağlı yeni layihə həyata keçirilir.

“Biz hazırda nazirlik tərəfindən “Qarabağ mədəniyyətimizin beşiyidir” adlı layihə həyata keçiririk. Bu layihə çərçivəsində işğal altındakı ərazilərimizdə yerləşən abidələrin ermənilər tərəfindən necə dağıdıldığı barədə məlumatlar paylaşırıq. Bu məlumatlar Azərbaycan və ingilis dillərində yazılır, nazirliyin social şəbəkələrdəki səhifələrində yerləşdirilir. Nazirlik işğal altında olan ərazilərdə yerləşən  mədəniyyət abidələrinin ümumi sayı barədə bəyanat da verib. Layihənin ilk paylaşımı bu bəyənatla başlayıb”.

Fidan İlqarqızı

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır